...

AMEA-nın yeni muzeyi yaradılacaq

Cəmiyyət Materials 29 İyun 2016 14:48
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Elm Tarixi Muzeyinin yaradılması haqqında qərar qəbul edib.
AMEA-nın yeni muzeyi yaradılacaq

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Elm Tarixi Muzeyinin yaradılması haqqında qərar qəbul edib.

Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, AMEA Rəyasət Heyətinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) keçirilən səyyar iclasında AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev deyib ki, ölkəmizdə müasir tipli muzeylər XIX əsrin axırlarında yaranmağa başlayıb. Muzeylərin maddi və qeyri-maddi mirasın xəzinələri olduğunu deyən akademik bu qurumların Azərbaycan tarixinin, ədəbiyyatının, mədəni irsinin qorunub saxlanılması və təbliği işində misilsiz rolundan bəhs edib.

İ.Quliyev hazırda Azərbaycanda elmin populyarlaşdırılması, elmi nailiyyətlərin təbliği, gənc nəsildə elmə marağın artırılması, həmçinin Azərbaycan elminin keçdiyi tarixi yolu özündə əks etdirən eksponantların toplanılması və qorunub saxlanılması, ekspozisiya və sərgilərdə nümayişi məqsədilə Elm Tarixi Muzeyinin yaradılmasına böyük ehtiyac olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti