...

Uğurlu sahibkarlıq üçün autsorsinqin faydaları

Cəmiyyət Materials 29 İyun 2016 15:38 (UTC +04:00)
Artıq Azərbaycan öz siyasi, iqtisadi, sosial vəziyyətinə görə regionda liderlik edən ölkəyə çevrilmişdir. Qeyri neft sektorunun inkişafı istiqamətində atılmış addımlar milli iqtisadiyyatımızın şaxələndirilməsinə böyük təkan vermişdir.
Uğurlu sahibkarlıq üçün autsorsinqin faydaları

Bakı. Trend:

Artıq Azərbaycan öz siyasi, iqtisadi, sosial vəziyyətinə görə regionda liderlik edən ölkəyə çevrilmişdir. Qeyri neft sektorunun inkişafı istiqamətində atılmış addımlar milli iqtisadiyyatımızın şaxələndirilməsinə böyük təkan vermişdir.

Sahibkarlıq fəaliyyəti isə heç şübhəsiz ölkə iqtisadiyyatının ən vacib yönlərindən biridir. Respublikamızda sahibkarlıq fəaliyyətinin artan sürətlə inkişafı dövlətin sahibkarlığa, iş adamlarına diqqət və qayğı göstəricisi kimi qiymətləndirilə bilər. Təsadüfi deyilki, bu gün Azərbaycanda sahibkarlıq fəaliyyətinin əhatə dairəsi genişlənmiş, özünün yüksək inkişaf mərhələsinə çatmışdır.

Sahibkarlıq fəaliyyətinin inkişifına nəzər salsaq 2 mərhələnin şahidi olarıq:
Müasir avropa praktikasının ölkəmizə gətirilməsi, ilkin mərhələlərdə istehsal sektorunda sahibkarlarıq subyektlərinin artması və müasir istehsal avadanlıqlarının istehsala tətbiq olunması dövrü. Biz artıq bu mərhəlni yaşadıq. Bir çox qabaqcıl şirkətlərin formalaşması, istehsalının gücləndirilmsi dövrü artıq başa çatmaqdadır.

Bu gün isə qlobal iqtisadi şərait daha fərqli bir modelin sahibkarlığa tətbiqinə zəruri edir. Bu fəaliyyətin optimallaşdırıması modelidir. Fəaliyyətin optimallaşdırılması dedikdə bir şirkətin fəaliyyətində zəruri ola biləcək maliyyə, hüquq, insan resurslarının idarəedilməsi kimi inzibati işlərin ofis daxilində deyil məhz kənar təşkilatların xidmətlərindən istifadə etməklə həyata keçirilməsi kimi fəaliyyət planları nəzərdə tutulur. Müasir menecmentde autsorsinq kimi adlandırılan bu xidmət modeli bu gün dünyanın inkişaf etmiş ölkələrində geniş tətbiq olunur. Bu gün autsorsinqdən istifadə yaranmış iqtisadi böhranda xərclərə qənaət etməklə əldə edəcəyiniz ən böyük qazanc ola bilər.

Azərbaycandanda autsorsinq fəaliyyətinin ilk təməllərini qoymuş BSC Outsourcing & Consulting Company (http://www.bsc.az/) artıq 20 ildirki fəaliyyətini uğurla davam etdirir. Maliyyə-mühasibat, insan resurslarının idarə olunması, hüquq kimi xidmətləri öz müştərilərinə təqdim edən şirkət bu illər ərzində bir çox uğurlara imza atmışdır. Məlumat üçün bildirmək lazımdır ki, Autsorsinq- şirkət fəaliyytində zəruri olan funksiyaların bu funksiyaların icrası istiqamətində daha çox ixtisaslaşmış kənar təşkilata həvalə edilməsidir. İndiki iqtisadi şəraitdə bu fəaliyyət müəssisə fəaliyyətinin, xərclərinin optimallaşdırılması baxımından çox vacibdir. Məhz autsoursinq fəaliyyəti nəticəsində fəaliyyətin sağlamlaşdırılması, bürokratik işlərin azaldılması, xərcləri minimuma endirməklə iş performansının artırılması şirkətlərin krizis dövründə öz partnyorlarından öncə lazımlı imicin yaradılmasına və bazarda öz mövqelərinin möhkəmləndirilməsinə kömək olur. BSC Outsourcing & Consulting Company tərəfəindən bağlanmış məxfilik müqaviləsi ehtimal olunan informasiya yayılamasının qarşısını da almış olur. Şirkət həyata keçirilən işlərə görə tam maddi məsuliyyət daşımaqla öz xidmətlərini müştərilərə, şirkətlərə təqdim edir. Sadə bir hesablama aparaq: normal bir şirkətin maliyyə və ya kadr, hüquq şöbəsinin fəaliyyəti üçün orta aylıq xərc məsrəfi minimum 1500-3000 AZN intervalında dəyişir. Lakin bu qiymətin 50 -60 %-i miqdarında bütün işləri daha keyfiyyətli və səmərəli formada həyata keçirmək də mümükündür. Məhz BSC Outsourcing & Consulting Company tərəfindən qurulmuş səmərəli idarəetmə metodu sayəsində bu gün 40-dan çox daimi müştəri bu şirkətin xidmətlərindən yararlanmaqdadır. Yüzlərlə digər şirkətlər isə müxtəlif vaxtlarda şirkətin xidmətlərinə müraciət etmiş və dəstək almışlar. Şirkət istifadəyə veridiyi http://www.bsc.az/ saytı vasitəsilə Sizlərə onlayn xidmət də göstərməkdədir. Siz sayata daxil olmaqla şirkətin xidmətləri, müştəriləri haqqında geniş məlumat ala və öz müraciətinizi ünvanlaya bilərsiniz.

Beləliklə yeni iqtisadi şərait, mövcud vəziyyət autsors fəaliyyətin önəmini daha da artırmaqdadır. Eyni zamanda bu iqtisadiyyatın şaxəli inkişafı ilə də nəticələnməkdədir. Artıq sahibkarlıq subyektləri yalnız istehsal və satış sahsində deyil, eləcə də paralel olaraq digər xidmət sahəsində -əqli sahibkarlıq modellərinin inkişafı sahəsində də geniş auditoriya qazanmaqda davam edcəkdir. Təbii ki, uğurlu sahibkarlıq anlayışı üçün sahibkarlıq subyektlərinin bir-birinə verəcəyi dəstək nəticə olaraq bütünlükdə Azərbaycan iqtisadiyyatının inkişafına verilmiş dəstək kimi milli iqtisadiyyatımızda öz əksini tapacaqdır.

“BSC” MMC-nin Marketinq Departamentinin rəhbəri

Tural Abbaslı

http://bsc.az/
https://www.facebook.com/bsc.group.ltd

Məqalədə:
Xəbər lenti

Xəbər lenti