...

Azərbaycanda xüsusi turizm zonaları yaradılacaq

Cəmiyyət Materials 5 İyul 2016 13:28 (UTC +04:00)
Azərbaycanda xüsusi turizm zonalarının yaradılması planlaşdırılır.
Azərbaycanda xüsusi turizm zonaları yaradılacaq

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda xüsusi turizm zonalarının yaradılması planlaşdırılır. Trend-in məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Onun sözlərinə görə, hökumət üçün bu məsələ aktualdır: "Artıq müvafiq sənədlər hazırlanıb və müzakirə edilir".

S.Həsənova qeyd edib ki, Xəzər akvatoriyasında xüsusi turizm zonalarının yaradılması nəzərdə tutulub ki, bu da çimərlik turizminin və turizm infrastrukturunun inkişafına xidmət edir.

O əlavə edib ki, turizm zonaları çərçivəsində vergi tətillərinin tətbiq edilməsi imkanı müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti