...

Milli kino günü ilə bağlı təkliflər irəli sürülüb

Cəmiyyət Materials 5 İyul 2016 13:37 (UTC +04:00)
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti iclası keçirilib.
Milli kino günü ilə bağlı təkliflər irəli sürülüb

Bakı. Trend:

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti iclası keçirilib.

İttifaqın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova İdarə heyətinin iclasında 2 avqust Milli kino günü ilə bağlı hazırlıq və təşkilatı işlərdən danışıb.

Daha sonra İttifaqın icra katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək, İttifaqının fəaliyyəti barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra İttifaqın idarə heyəti üzvləri Xalq artisti Eldar Quliyev, Oqtay Mirqasım, Azərbaycanfilm Kinostudiyyasının direktoru Müşviq Hətəmov, Kinorejissor Ayaz Salayev çıxış edərək, 2 Avqust kinematoqrafçıların peşə bayramı gününün keçirilməsi ilə bağlı təkliflər irəli sürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti