...

İnsan alverində təqsirləndirilən qadın 8 il azadlıqdan məhrum edildi

Cəmiyyət Materials 8 İyul 2016 11:26 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirli bilinən Nailə Bağırın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənn hökmü ilə N.Bağır 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Bağır 2013-cü ildə N.M və B.S adlı qadınları Türkiyəyə apararaq onları cinsi istismara qoyub. Zərərçəkən şəxslər 2016-ci ildə N.Bağırdan şikayət edərək, onları satdığını bildiriblər. N.Bağır DİN-in İnsan Alveri Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xatırladaq ki, N.Bağır 2009-cu ildə də eyni əmələ görə tutulub. O, 5 il müddətinə azadlıqdan məhrum edilib. Apelyasiya Məhkəməsində onun cəzası 3 ilə endirilib. 2012-ci ildə azadlığa çıxıb. Məhkumluğu tam ödənilməyib və o yenə eyni əmələ görə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti