...

Bakıda hündürmərtəbəli binaların zəlzələyə davamlılıq gücü açıqlandı (YENİLƏNİB)

Cəmiyyət Materials 2 Avqust 2016 12:53 (UTC +04:00)
Bakıda tikilən bütün yeni hündürmərtəbəli binalara, eləcə də digər sənaye əhəmiyyətli tikintilərə əvvəlcədən ərazinin seysmikliyi barədə rəy verilir.
Bakıda hündürmərtəbəli binaların zəlzələyə davamlılıq gücü açıqlandı  (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda tikilən bütün yeni hündürmərtəbəli binalara, eləcə də digər sənaye əhəmiyyətli tikintilərə əvvəlcədən ərazinin seysmikliyi barədə rəy verilir.

Trend-in məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən tikintiyə ciddi nəzarət edilir.

Q.Yetirmişlinin sözlərinə görə, ümumiyyətlə isə binalar 9 ballıq zəlzələyə hesablanaraq tikilir.

Q.Yetirmişli əlavə edib ki, Bakıda tikilmiş hündürmərtəbəli binaların zəlzələyə davamlılığını yoxlamaq üçün Almaniyanın Yer Elmləri geoloji təşkilatı ilə danışıqlar aparılır.

Onun sözlərinə, razılıq əldə edildikdən sonra Bakıda bütün binalarda yoxlamalar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti