...

Nazir yeni əmr imzaladı

Cəmiyyət Materials 12 Avqust 2016 16:49 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan ərizə və şikayətlərin araşdırılmasında vətəndaşların özləri iştirak etsələr də, son vaxtlar ayrı-ayrı şəxslər tərəfindən bir sıra hallarda görülən işlərin yekun nəticələri təhrif olunur və sosial şəbəkələrdə qeyri-dəqiq məlumatlar yayılır.
Nazir yeni əmr imzaladı

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan ərizə və şikayətlərin araşdırılmasında vətəndaşların özləri iştirak etsələr də, son vaxtlar ayrı-ayrı şəxslər tərəfindən bir sıra hallarda görülən işlərin yekun nəticələri təhrif olunur və sosial şəbəkələrdə qeyri-dəqiq məlumatlar yayılır. Nazirlikdən Trend-ə verilən məlumata görə, bu, ictimaiyyət arasında ekologiya və ətraf mühitin qorunması sahəsində aparılan işlərə kölgə salaraq yanlış fikirlərin formalaşmasına gətirib çıxarır.

Bununla əlaqədar, ətraf mühitin mühafizəsi sahəsində görülən işlərin davamlılığını təmin etmək, ekoloji qanunvericiliyin pozulması barədə daxil olan ərizə və şikayətlərin araşdırılmasında müraciət edənlərin iştirakına şərait yaratmaq, qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma prosesinin şəffaflığının gözlənilməsi məqsədi ilə ekologiya və təbii sərvətlər nazirl Hüseyn Bağırov əmr imzalayıb.

Nazirliyin aidiyyəti qurumlarına tapşırılıb ki, fəaliyyət istiqamətlərinə uyğun olaraq ekoloji qanunvericiliyin pozulması barədə vətəndaşlardan daxil olan ərizə və şikayətlərin araşdırılmasında müraciət edənlərin iştirakının təmin olunması üçün qanuni tədbirlər görülsün.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti