...

Sabah 40 dərəcə isti olacaq

Cəmiyyət Materials 18 Avqust 2016 12:32 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Sabah 40 dərəcə isti olacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə  22-27° isti, gündüz  33-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm  civə sütunu, nisbi rütubət gecə 60-70%, gündüz  25-45% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 19-da hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz  35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz  24-29° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti