Sumqayıt daha da müasirləşir (FOTO)

Sumqayıt daha da müasirləşir (FOTO)

Bakı. Trend:

"67 il bundan əvvəl Azərbaycanın inzibati xəritəsində Sumqayıt adlı yeni şəhər yarandı. Onun taleyinə heç bir digər şəhərə bənzəməyən, təkrarolunmaz yol keçmək nəsib olmuşdur. Qədim tarixə malik olmasa da, Sumqayıt xalqımızın həmrəyliyini təcəssüm etdirən gözəl ənənələri ilə qısa müddət ərzində böyük şöhrət qazanmış, ölkəmizin iftixarına çevrilə bilmişdir. Sumqayıtda yaranan əmək salnaməsi insanın həqiqətən də xarüqələr yaratdığının bariz ifadəsidir".

Trend-in məlumatına görə, bu barədə "Azərbaycan" qəzetində dərc olunan məqalədə deyilir.

Məqalədə qeyd olunur: "Sumqayıt gənclər şəhəri deyə çağrılır. Sumqayıta qayğı və diqqət 1971-ci ildən başlayaraq bir qədər də artdı. Demək olar ki, ölkənin hər yerində bir canlanma əmələ gəlmişdi. Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkə həyatında hər sahəyə təsir etmişdi. İnsanlar daha yaxşı işləmək, uğurlar əldə etmək üçün yarışa girmişdilər. Yaxşı işləyərək özünə yaşam tərzi qazananlar başqalarına nümunə olurdu. Sumqayıt 70-ci illərdən başlayaraq ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində təkcə respublikada deyil, dünya miqyasında tanınan yaşayış mərkəzinə çevrildi. Tikilən yeni zavodlar, yaradılan sənaye müəssisələri on minlərlə insanın iş yerinə çevrilirdi. Həmin dövrdə ikinci bir şəhər tapılmazdı ki, Sumqayıt kimi inkişaf etsin və boz çölləri yaşayış binaları və yaşıllıqlar bəzəsin.

Üstündən keçən illərdə Sumqayıt respublikamızın aparıcı şəhərinə çevirilib. Bu gün Sumqayıt yeni inkişaf dövrünü yaşayır. Şəhərin elə bir ərazisi yoxdur ki, orada təmir, abadlıq, quruculuq işləri getməsin. Özü də bu işlər planlı şəkildə aparıldığından qarşıda reallıqlara söykənən inkişaf proqramı canlanır.

Bakının yaxınlığında yerləşən və paytaxtla sanki rəqabətə girən Sumqayıtın göstəriciləri xüsusi layihələrə uyğunlaşdırılıb. Təqdirəlayiq haldır ki, Sumqayıtda inkişaf təkcə bir sahə üzrə köklənməyib, çoxcəhətli xarakterə malikdir. Sənaye, digər profilli istehsal müəssisələri, sosial həyat, infrastruktur və digər sahələrdə sürətli tərəqqi paralel şəkildə özünü göstərərək bir-birini tamamlayır. Elə bu da Sumqayıtın inkişafında hərtərəfli modernləşmənin təmin olunmasında əsas rol oynayır.

Xarüqələr diyarına çevrilən Sumqayıt bu gün əbəs yerə Azərbaycanın əsas sənaye mərkəzi adlandırılmır. Burada sənaye obyektlərinin yenidən qurulması və modernləşdirilməsi işinə xüsusi diqqət yetirilir. Eyni zamanda, sənaye potensialının inkişafı üçün vacib olan infrastruktur layihələrin icrası da diqqət mərkəzindədir. Kimya sənaye parkında görülən işlər isə istehsal edilən məhsulların təkcə yerli tələbatın ödənilməsinə yox, ixrac həcminin genişlənməsinə də imkan yaradıb.

Bu gün respublikada qəbul edilən Sumqayıt modeli mövcuddur. Burada həyata keçirilən hər bir iş beynəlxalq standartlara söykənir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısının, şəhər rəhbərliyinin prinsipiallığının nəticəsidir.

Sumqayıt şəhəri yarandığı ilk gündən minlərlə gəncin həyat ünvanına çevrilib. Açıq etiraf edək ki, əvvəlki illərdə elə bil şəhərdə bir süstlük əmələ gəlmişdi. Bu gün Sumqayıtda salınan parklar, fasadları dəyişdirilən binalar, yaradılan istirahət guşələri şəhər əhalisini məmnun edir.

Görülən işlər sırasında ən vaciblərindən biri də Sumqayıt şəhərinin girəcəyi və çıxışıdır. Ötən əsrin 50-ci illərində əkilən ağaclar öz ömrünü yaşamışdı, hətta bir yaşıllıq kimi də faydalılığını itirmişdi. İndi şəhərin girəcəyində həyata keçirilən tikinti işləri sumqayıtlıları sevindirir. Yollar - girəcək və çıxış xeyli enlənmiş, sağ və sol tərəflərində abadlıq işləri görülməkdədir. Burada əkilən körpə fidanlar tezliklə böyüyəcək, quraşdırılan işıqlar şəhər effektini gücləndirəcəkdir.

Şəhərdə ulu öndərin adını daşıyan istirahət parkında Heydər Əliyev Mərkəzinin tikintisi, şahmat və musiqi məktəblərinin inşası da sona çatmaq üzrədir.

Bu gün şəhər əhalisinin bütün diqqəti yeni salınan dənizkənarı bulvara yönəlib. Ötən ilin son aylarından start götürən və tikintisi hazırda aparılan bu layihə şəhərimizin simasına bir möhtəşəmlik gətirəcək. Çirkabla “zəngin” sahil zolağı günbəgün simasını dəyişir. Ölkə əhəmiyyətli tarixi abidələrin siyahısına salınmış Nəsimi adına Mədəniyyət və İstirahət Parkının ərazisində də abadlıq işləri aparılır. Respublikamızda böyüklüyü və landşaftına görə seçilən bu parkda yeni layihələr həyata keçirilir. Yeni salınacaq dənizkənarı parkda qızğın iş gedir. Çimərliklə əhatələnən və Xəzərin şimal küləkləri ilə zəngin olan bu bulvara bu gün minlərlə insan gəlir. Əvvəllər çirkli sahilləri ilə tanınan bu ərazi yaşıllığa qərq olub. Əkilən ağaclar, dekorativ kollar, bir-birindən fərqlənən fəvvarələr bu səhnəyə xüsusi gözəllik qatır. Sumqayıtlıların çoxu hər gün həmin əraziləri gəzib-dolanır, parkın istifadəyə veriləcəyi günü səbirsizliklə gözləyirlər.

Xəzərin sahilində yerləşən Sumqayıtda dəniz ətrafı küləkli olmasına baxmayaraq əhali isti yay axşamlarında da, yağışlı, qarlı günlərdə də eyni həvəslə buraya gəzintiyə çıxmağı sevir. İstər Nəsimi, istərsə də Heydər Əliyev adına parklarda, yaxud da şəhərin digər ərazilərindəki istirahət guşələrində həyata keçirilən quruculuq işlərinin sona çatmasını səbirsizliklə gözləyənlər yaxşı bilirlər ki, yaradılan şərait insanların rifahı və rahatlığı üçündür.

Əminik ki, doğma şəhərimizdə yaradılanlar digər şəhərdəkilərdən heç də geri qalmayacaq. Bir qədər sonra şəhərin vizit kartına çevrilən bu adı sadalananlar həm də respublikamızın görməli yerlərinə çevriləcəkdir".

Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək - Mikayıl Cabbarov
Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək - Mikayıl Cabbarov
İnkişafın Qarabağ modeli qurulacaq - Vüsal Qasımlı
İnkişafın Qarabağ modeli qurulacaq - Vüsal Qasımlı
Sabah Rusiya ilə Azərbaycan pomidor idxalı məsələsini müzakirə edəcək
Sabah Rusiya ilə Azərbaycan pomidor idxalı məsələsini müzakirə edəcək
Loading Bars
Xəbər lenti
Baş Prokurorluqda 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib
25 ölkənin Baş prokuror və Ədliyyə nazirlərinə Ermənistanın cinayətləri haqqında məktublar göndərilib (FOTO)
Ötən il məhkəmə icraçılarının icraatına 910 mindən artıq iş daxil olub
Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək - Mikayıl Cabbarov
Ötən il 10 məhkum xəstəliyə görə azadlığa buraxılıb
Ermənistan diaspor dayağını necə itirib?
Rusiyada koronavirusdan ölənlərin sayı 70 minə yaxınlaşır
Vətən müharibəsi şəhidlərinin məhkum qohumlarının bir qismi azadlığa buraxılıb
Nardaranda odlu silah saxlayan keçmiş məhkum tutulub (FOTO/VİDEO)
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
Şəmkir sakinlərindən silah götürülüb (VİDEO)
Qəbələ meşəsində qanunsuz ağac kəsintisi olub
Prokurorluq orqanlarının 38 əməkdaşı ali dövlət mükafatları ilə təltif edilib
Fransada idmançılar üçün xüsusi tibbi maskalar hazırlanıb
65 yaşdan yuxarı 176 məhkum azad olunub
Polşada təhsil alan azərbaycanlı tələbədən maraqlı aksiya (FOTO)
Qəbələdə evi tərk edən koronavirus xəstəsi saxlanılıb
İnkişafın Qarabağ modeli qurulacaq - Vüsal Qasımlı
Ötən il 7 nəfər Azərbaycana ekstradisiya olunub
Uğursuz Daşaltı əməliyyatı tarixdə qaldı - 29 il sonra Trend TV-nin Daşaltıdan QƏLƏBƏ REPORTAJI
Ədliyyə qurumları azad edilmiş ərazilərdə fəaliyyətini bərpa edir
Xaçmazda 272, Xudatda 107 nəfərə vaksin vurulub - Mərkəzi xəstəxana
Ölkə başçısının rəhbərliyi ilə görülən işlər xalqımız tərəfindən daim dəstəklənib - Baş prokuror
Daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb
Sabah Rusiya ilə Azərbaycan pomidor idxalı məsələsini müzakirə edəcək
Astara sakinindən 4 kiloqramdan artıq narkotik götürülüb (FOTO)
Tezliklə İranla Azərbaycan arasında yeni dəmiryolu terminalının inşası başlayacaq
Azərbaycanda əhali arasında populyar idman növləri açıqlanıb
İlin əvvəlindən Ceyhan terminalından 15 milyon bareldən çox AÇG nefti yola salınıb
Azərbaycanda qızıl ucuzlaşıb
Bu avtobusların hərəkət sxemi dəyişdi (FOTO)
Azərbaycanda ən çox hansı ölkə vətəndaşları ali təhsil alır?
UNEC-də “Azərbaycanın Alban Xristian mirası - Xudavəng məbədi” mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)
Çində qaz borusu partlayıb - Ölənlər var
Ombudsman Ermənistanın əsir və girovlarla rəftarı ilə bağlı beynəlxalq təşkilatlara hesabat göndərib
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Baş Prokurorluq kollegiya iclası keçirib
Erməni təcavüzü nəticəsində şəhid olan musiqi müəllimi (FOTO)
Qarabağda tarixi qoruqlar yaradılmalıdır - Tarixçi alim
Sabunçuda partlayış olub, 1 nəfər xəsarət alıb
Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının ikinci həftəsi uğurla yekunlaşıb
Yanvarın 25-də xarici valyutaların manata qarşı məzənnələri
Fransız polisi komendant saatının pozulduğuna görə 110 min cərimə yazıb
Bakıdakı Nizami Gəncəvi heykəlinin yaradılmasının tarixçəsi - Maraqlı faktlar (FOTO)
Baydenin hakimiyyətə gəlişi ABŞ və İran arasındakı münasibətləri dəyişə bilər
Avstraliya Pfizer peyvəndinin istifadəsinə ilkin icazə verib
Alyaskada güclü zəlzələ baş verib
ABŞ yaxınlarda CAR-a səfər etmiş əcnəbilərə giriş məhdudiyyəti tətbiq edəcək
Meksikanın prezidenti koronavirusa yoluxub
Sloveniyada koronavirusun "Britaniya ştammı" aşkarlanıb
Cəbhəboyu ərazilərdə 20 mina, 282 ədəd partlamamış hərbi sursat aşkarlanıb (FOTO)
Futbol üzrə İspaniya çempionatında "Atletiko" "Valensiya"nı məğlub etdi
Qanada avtobus qəzasında ən az 6 nəfər ölüb
Ərdoğan Nigeriya sahillərində qaçırılan gəminin kapitanı ilə telefonla danışıb
İngiltərə Kuboku: "Mançester Yunayted "Liverpul"u məğlub etdi
Bu sahələrin fəaliyyəti bərpa olundu
5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub
Bu gündən bərbərxanalar və gözəllik salonları açılır
Türkiyədə son sutkada koronavirusdan 6 018 nəfər sağalıb
Bakıda fərdi evdə yanğın olub
ÜST: Dünyada koronavirus qurbanlarının sayı 2,11 milyonu ötüb
SpaceX 140-dan çox peyki daşıyan raketi orbitə çıxarıb
İran xarici işlәr naziri Bakıya gəlib
ABŞ-da koronavirus qurbanlarının sayı 417 mini keçib
Braziliyada futbolçuların olduğu təyyarə qəzaya uğrayıb
Niderland polisi dünyada ən çox axtarılan narkobarnlardan birini həbs edib
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
Ermənistandakı xaos artıq kifayət qədər dərinləşib - ŞƏRH
Antarktida sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
Çində qəza baş vermiş qızıl mədənindən 11 nəfər çıxarılıb
Füzuli rayonunun Aşağı Aybasanlı kəndi (FOTO/VİDEO)
"MOZART" konteyner gəmisi Qabon sahillərinə çatıb
"Quşçu" palçıq vulkanındakı püskürmə zamanı xaric olunmuş vulkan məhsulunun sahəsi 3 hektar ərazini əhatə edir - Dövlət Qoruğunun direktoru (VİDEO)
Qubada karantin postunda saxlanılan şəxsin nəqliyyat vasitəsindən nərə balıqları aşkarlandı
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Gəncədə azyaşlı bağlı qapı arxasında qalıb
Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır - XİN
İranda koronavirusdan daha 89 nəfər ölüb
Azərbaycanda son sutkada 568 nəfər COVID-19-dan sağalıb, 287 nəfər yoluxub, 10 nəfər vəfat edib
Portuqaliyada prezident seçkilərində sesvərmə başlayıb
Kəlbəcər rayonunun Comərd kəndi (FOTO/VİDEO)
Mövlud Çavuşoğlu: “MV Mozart” gəmisi limana daxil olan kimi azərbaycanlı mühəndisin cənazəsi Vətəninə göndəriləcək
Qazi və ailəsi sosial dəstəklə təmin olunur
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi konsepsiya layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə karantin qaydalarını pozan tədris mərkəzi aşkar edilib
Təhsil naziri Emin Əmrullayev Beynəlxalq Təhsil Günü ilə bağlı paylaşım edib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
İstixana sahiblərinə güzəşt olunacaq - "Azəriqaz"
Qobustan Qoruğu ziyarətçilər üçün açılır
Ötən il Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Füzuli rayonunun Aşağı Veysəlli kəndi (FOTO/VİDEO)
Yeni Zelandiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib
Porye "UFC 257" turnirinin əsas döyüşündə Makqreroru məğlub edib
Gömrük Akademiyasının yaranmasının 9 ili tamam olur
Meksikada naməlum şəxslər 19 nəfəri öldürərək yandırıblar
Peyvəndləmənin effektivliyi neftin 60 dollara qədər bahalaşmasına imkan verəcək - Proqnoz
İsraildə koronavirusa yoluxanların sayı 600 min nəfərə çatır
Fransada ötən sutka koronavirusa 23 mindən çox yoluxma qeydə alınıb
Misirdə koronavirusa qarşı kütləvi vaksinasiya başlayır
Pentaqonun yeni rəhbəri britaniyalı həmrakı ilə Rusiya və Çini müzakirə edib
Bütün xəbərlər