...

Qatar Airways-dən pulsuz biletlər qazanma şansı

Cəmiyyət Materials 29 Avqust 2016 10:00 (UTC +04:00)
Möhtəşəm təkliflər və 29 avqust - 5 sentyabr tarixləri arası pulsuz "Qatar Airways" biletləri qazanma şansı.
Qatar Airways-dən pulsuz biletlər qazanma şansı

Bakı. Trend:

"Qatar Airways"in məşhur Səyahət Festivalı geri döndü. Artıq dünya boyunca səyahətçilər möhtəşəm istiqamətlərə xüsusi qiymətlərdən faydalancaqlar.

Avqustun 29-dan sentyabr 5-dək davam edəcək "Qatar Airways" Səyahət Festivalı 2 al 1 ödə, 50%-ə qədər endirim, uşaqlar üçün pulsuz səyahət imkanı kimi təkliflərlə 15 sentyabr 2016-cı il – 30 iyun 2017-ci il tarixləri müddətində səyahət imkanı verəcək və səyahətçiləri dünyanın ən məşhur destinasiyalarına aparacaq. Festival, həmçinin hotellərdə xüsusi təkliflər, avtomobil icarəsinə endirim və s. kimi üstünlüklərlə səyahətçiləri sevindirəcək.

Müştərilər Bakıdan Amerikaya 632 manatdan başlayaraq, Hindistan subkontinentinə 777 manatdan, Afrikaya 1042 manatdan və Yaxın Şərqə 350 manatdan başlayaraq ən uyğun qiymətə səyahət edə biləcəklər. Bir sıra məşhur istiqamətlər Nyu York (632 manatdan), Tbilisi (257 manatdan), Maldiv (856 manatdan). "Qatar Airways" "Privilege Club" üzləri Səyahət Festivalı zamanı edilən bronlar üçün üçqat "Qmiles" qazanacaqlar.

Qatar Airways-in Avropa üzrə vitse-prezidenti Conatan Hardinq deyib: “İlk dəfə bu ilin yanvar ayında baş tutan "Qatar Airways" Səyahət festivalı müştərilərimizə ən yaxşı təkliflərdən faydalanmaq üçün unikal paltforma yaratdı. Budəfəki Səyahət Festivalı zamanı isə sərnişinlərimiz daha möhtəşəm səyahət paketləri və təklifləri seçəcək, dünyanı kəşf edəcək. Biz insanlara səyahəti yalnız arzulamağı deyil, gerçəkləşdirməyə həvəsləndirmək istəyirik”.

Səyahət Festivalı zamanı olan təkliflər həm biznes, həm də ekonom sinfə aid olub gediş-dönüşlü biletlər üçün Qatar Airways-in Avropa, Yaxın Şərq, Amerika, Afrika, Hind subkontinenti və Asiyada 150-dən çox istiqamətə şamil ediləcək.

Səyahət Festivalı təklifləri haqqında məlumat üçün müştərilər qatarairways.com/travelfestival saytını izaləyə bilərlər. Bundan başqa, müştəriləri istənilən "Qatar Airways" satış ofisinə və ya seçilmiş turizm agentliklərindən birinə yaxınlaşa bilərlər.

Səyahətçilər Qatar Airways-in Dohada yerləşən və dünyanın ən yaxşı 10 hava limanından biri olan Hamad Beynəlxalq Hava Limanından aviaşirkətin genişlənən şəbəkəsi boyunca 150-dən çox istiqamətə səyahət etməkdən zövq alacaqlar. Artıq sərnişinlərimiz 2016-cı ildə şəbəkəmizə daxil olan Los Anceles (ABŞ), Atlanda (ABŞ), Mərakeş (Mərakeş) və Pisa (İtaliya), Boston (ABŞ), Sidney (Avstraliya), Ras Al Khaimah (BƏƏ), Birmingem (Birləşmiş Krallıq) kimi şəhərlərə də səyahət edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti