...

İsmayıllıda gənclərin ekoloji maarifləndirilməsinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Avqust 2016 10:42 (UTC +04:00)
Böyük Qafqaz landşaftında torpaq və meşələrin dayanıqlı idarə olunmasına həsr olunmuş tədbir keçirilib.
İsmayıllıda gənclərin ekoloji maarifləndirilməsinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan BMT İnkişaf Proqramının QƏF (Qlobal Ekoloji Fond) və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Böyük Qafqaz Landşaftında Torpaq və meşələrin dayanıqlı idarə olunması” və Clima East Pilot “İqlim dəyişikliklərinə ekosistem əsaslı yanaşma” layihələri çərçivəsində “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin və Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin birgə əməkdaşlığı ilə İsmayıllı rayonunda əhalinin və gənclərin ekoloji maarifləndirmə tədbirləri həyata keçirilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, layihənin əsas məqsədi xüsusi maarifləndirmə proqramının vasitəsilə Böyük Qafqaz landşaftında torpaq və meşələrin dayanıqlı idarə olunmasına və meşələrin qorunmasına ictimaiyyətin diqqətinin artırılmasıdır.

İsmayıllı Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində keçirilən 3 günlük təlim proqramları əhalinin, o cümlədən gənc nəslin meşələrin davamlı idarə olunması, meşə ekosisteminin, flora və faunanın mühafizəsi sahəsində ekoloji biliklərinin artırılmasına şərait yaratmışdır. Həyat fəaiyyətinin təhlükəsizliyini təmin etmək məqsədilə meşədə davranış qaydalarının öyrənilməsi, yanğın təhlükəsizliyi və meşələrə məsuliyyətli münasibətin formalaşdırılmasında əhəmiyyətli olmuşdur.

Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının ekspertlərinin dəstəyi ilə ekoloji yönümlü idman növlərinin və yaşıl turizmin inkişafında meşələrin cəlbediciliyi, meşədə təhlükəsizlik mövzusunda, eləcə də uşaqlar üçün səmti müəyyənetmənin əsasları ilə bağlı təlim keçirilmiş, sonda labirint yarışı təşkil olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti