...

Sabah qaz olmayacaq

Cəmiyyət Materials 5 Sentyabr 2016 16:51 (UTC +04:00)
“Abşeron” və “Hacıqabul” magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq
Sabah qaz olmayacaq

Bakı. Trend:

“Abşeron” və “Hacıqabul” magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, sentyabrın 6-də saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin “Abşeron” magistral qaz kəmərləri sahəsinin “Alatava”, “Hacıqabul” magistral qaz kəmərləri sahəsinin “Qarasu” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Talış, Qarasu və Abdulabad kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Nəsimi, Binəqədi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti