...

QƏRAR: Daha 222 hərbçi mənzillə təmin ediləcək

Cəmiyyət Materials 24 Sentyabr 2016 11:27 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusundan 222 nəfərin mənzillə təmin edilməsinə dair qərar qəbul edilib.
QƏRAR: Daha 222 hərbçi mənzillə təmin ediləcək

Bakı. Trend:

Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Komissiyadan Trend-ə verilən məlumata görə, iclasda mənzil növbəsində olan 404 nəfər Azərbaycan Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusundan 222 nəfərin mənzillə təmin edilməsinə dair qərar qəbul edilib.

Bundan başqa Komissiyanın digər qərarı ilə Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 304 nəfər hərbi qulluqçu mənzil növbəsinə qəbul edilib.

Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov iclasda qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sahəsində Silahlı Qüvvələrin hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi uğurla davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti