Bakı. Trend:
“ASAN xidmət” mərkəzlərində 1 gün qeyri-iş günü olacaq.
ASAN-dan Trend-ə verilən məlumata görə, 26 sentyabr Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçiriləcək ümumxalq səsverməsi – referendumla əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
Vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər.
Sentyabrın 27-dən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.