...

MSK: Referendumla əlaqədar "qaynar xətt"ə şikayət xarakterli müraciət daxil olmayıb

Cəmiyyət Materials 26 Sentyabr 2016 20:19 (UTC +04:00)
Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumla əlaqədar Mərkəzi Seçki Komissiyasının "qaynar xətt"inə hər hansı bir şikayət xarakterli müraciət daxil olmayıb.
MSK: Referendumla əlaqədar "qaynar xətt"ə şikayət xarakterli müraciət daxil olmayıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumla əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) "qaynar xətt"inə hər hansı bir şikayət xarakterli müraciət daxil olmayıb.

Trend-in məlumatına görə, bu barədə MSK Katibliyinin müdiri Rövzət Qasımov məlumat verib.

O əlavə edib ki, daxil olan bir sıra müraciətlər seçki barəsində informasiya almaq məqsədi daşıyıb.

Qeyd edək ki, sentyabrın 26-da Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilib. Referendumda səsvermə saat 08:00-da başlayıb, saat 19:00-da isə yekunlaşıb.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı təqribən 53 min nəfər olub.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti