...

Bəzi məktəblərdə hazırlıq qrupları niyə ləğv olunub? - SƏBƏB

Cəmiyyət Materials 3 Oktyabr 2016 16:31 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın bəzi orta məktəblərində məktəbəhazırlıq qruplarının təşkilinin dayandırılmasına münasibət bildirib.
Bəzi məktəblərdə hazırlıq qrupları niyə ləğv olunub? - SƏBƏB

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın bəzi orta məktəblərində məktəbəhazırlıq qruplarının təşkilinin dayandırılmasına münasibət bildirib.

Trend-in məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdiri Avaz Yusifov jurnalistlərə deyib ki, bu proses qruplarına kifayət qədər uşaq yığa bilməyən məktəblərdə dayandırılıb: "Çünki qruplarda uşaqların minimum sayı 15, maksimum isə 30-dur. Kənd yerlərində isə yerli təhsil idarəetmə orqanları ilə razılaşdırmaqla 10-15 uşaqdan ibarət məktəbəhazırlıq qrupları təşkil etmək olar. Bəzi məktəblərin resursları, yəni sinif otaqları çatmadığına görə orada belə qrupların təşkil olunması qeyri-mümkündür. Bəzi təhsil müəssisələrində isə uşaqların sayı az olduğuna görə hazırlıq qruplarının təşkili dayandırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti