...

Qatar Airways-dən payızınızı günəşlə rəngarəng etmək üçün möhtəşəm təklif

Cəmiyyət Materials 7 Oktyabr 2016 11:09 (UTC +04:00)
Qatar Airways-dən payızınızı günəşlə rəngarəng etmək üçün möhtəşəm təklif
Qatar Airways-dən payızınızı günəşlə rəngarəng etmək üçün möhtəşəm təklif

Bakı. Trend:

"Qatar Airways" müştəriləri artıq payızda da günəşin hərarətini hiss edəcəklər. Şirkət yeni endirim kampaniyası ilə dünyaca məşhur istiqamətlərə biznes və ekonom sinifdə möhtəşəm endirimlər təklif edir. Cəmi 5 gün - 6-10 oktyabr tarixləri müddətində biletini bron edən müştərilər bu endirim kampaniyasından faydalana biləcəklər.

Qatar Airways-in inanılmaz təklifləri ilə səyahət etmənin əsl fəslidir. İstər Tayland adalarının birində sakitlikdən həzz alaraq dincəlmək, istərsə də Afrika incisi Namibiyaya macərə dolu səfər - bütün bunlar üçün payız ən gözəl fəsildir!

Qatar Airways-in təklif etdiyi endirimlər həm biznes, həm də ekonom sinifdə şamil edilən gediş - dönüşlü biletlərdir və cəmi 936 manatdan başlayaraq Avropa, Yaxın Şərq, Afrika, Amerika, Hindistan Subkontinenti və Asiyada 150-dən çox istiqamətə uçuş imkanı verir. Bu endirim kampaniyası çərçivəsində 30 iyun 2017-ci il tarixinə qədər səyahət etmək üçün biletinizi 10 oktyabr 2016-cı il tarixinə qədər bron edin.

Payızı günəşlə zənginləşdirəcək endirim təklifləri haqqında ətraflı məlumat üçün müştərilər http://www.qatarairways.com rəsmi saytında daxil ola və ya "Qatar Airways" satış ofislərindən birinə yaxınlaşa bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti