...

Deputat televiziyalardakı reklamlardan narahatdır

Cəmiyyət Materials 14 Oktyabr 2016 14:44 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən iclasında deputat Gövhər Baxşəliyeva dərmanların televiziyalarda reklamı ilə bağlı narahatlğını ifadə edib.
Deputat televiziyalardakı reklamlardan narahatdır

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bu gün keçirilən iclasında deputat Gövhər Baxşəliyeva dərmanların televiziyalarda reklamı ilə bağlı narahatlğını ifadə edib.

G.Baxşəliyeva bildirib ki, insanlar həkimə getmədən televiziyalarda reklam edilən dərmanlardan istifadə edirlər: “İnsanlar ağrıyanda reklam olunan ağrıkəsici dərmanlardan alıb atırlar. Ancaq ağrı hansısa xəstəliklərin işarəsi ola bilər. İnsanlar reklam olunan dərmanlardan istifadə etməklə vaxt itirirlər və xəstəliklərinin müalicəsini çətinləşdirirlər”.

Deputat bildirib ki, həkim zəmanəti və göstərişi olmadan dərmanların qəbul edilməsi düzgün deyil, insanların daha ağır xəstəliklərə düçar olmasına gətirib çıxarır. O bildirib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti