...

Bakıda bal yarmarkası - bu dəfə daha az məhsul var (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2016 12:39 (UTC +04:00)
Bu gün Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıb.
Bakıda bal yarmarkası - bu dəfə daha az məhsul var (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıb.

Trend-in məlumatına görə, açılışda iştirak edən Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib ki, yarmarkaya aşağı keyfiyyətli olması səbəbindən 23,5 ton məhsul buraxılmayıb.

O qeyd edib ki, bu il yarmarkaya ötən ilə nisbətən az məhsul çıxarılıb. 2015-ci ildə 250 ton arıçılıq məhsulu təqdim edilmişdisə, cari ildə bu göstərici 71,7 tondur.

Nazir müavini buna səbəb kimi bütün dünyada, o cümlədən Azərbaycanda qeyri-sabit hava şəraitini göstərib. Məsələn, Avropada əlverişsiz hava şəraiti səbəbindən istehsal olunan arıçılıq məhsulları ötən illə müqayisədə təqribən 60 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti