Bakı. İlhamə İsabalayeva - Trend:
Bu ilin 9 ayında Azərbaycanda 773 nəfər qidadan zəhərlənib, 1 nəfər isə dünyasını dəyişib.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, ötən müddətdə 520 qida zəhərlənməsi hadisəsi baş verib.
Hadisələrdən 29-u botulizmlə bağlı olub ki, onun da nəticəsində 34 nəfər zəhərlənib. Qida zəhərlənməsində 1 ölüm baş verib.
Bu ilin sentyabrında Azərbaycanda 49 qida zəhərlənməsi baş verib, bunlardan 81 nəfər zərər çəkib. Sentyabrda 2 botulizm hadisəsi baş verib ki, bundan da 2 nəfər zəhərlənib.
Qeyd edək ki, ötən ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan ərazisində 523 qida zəhərlənməsi hadisəsi, 746 nəfər zərərçəkən qeydə alınmışdı. Ötən ilin qeyd edilən ayları ərzində 13 botulizm hadisəsi nəticəsində 19 nəfər botulizmlə xəstələnib.