Bakı. Hüseyn Vəliyev - Trend:
Bakı və Abşeron yarımadasının mikrorayonlaşdırılması layihəsi 2017-ci ilin aprelindən reallaşdırılacaq.
Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmologiya Xidmət Mərkəzindən məlumat verilib.
Layihə Almaniya Geologiya Xidməti tərəfindən həyata keçiriləcək. Layihənin bir il üçün nəzərdə tutulduğu deyilir.
Məlumata görə, layihə çərçivəsində Abşeron yarımadasının seysmik mikrorayonlaşdırılmasının risk xəritəsi tərtib olunacaq.
Seysmik mikrorayonlaşdırmanın ilk olaraq Səbail rayonundan başlayacağı, daha sonra Bakının digər rayonlarının da seysmik qiymətləndirilməsinin keçiriləcəyi bildirilib.