...

Samuxda dünyəvi dövlətdə din mövzusu müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 22 Noyabr 2016 17:52 (UTC +04:00)
Samuxda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirilib
Samuxda dünyəvi dövlətdə din mövzusu müzakirə edilib (FOTO)

Bakı. Trend:

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Samuxda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnaz Cəfərova “Samux rayonunda dini qurumlarla işin təkmilləşdirilməsi barədə” Samux Rayon İcra hakimiyyətinin Tədbirlər Planı və icrası barədə məlumat verib.

Natiq bildirib ki, Tədbirlər Planı çərçivəsində “Dini radikallığa qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin aparılması” mövzusunda DQİDK ilə birlikdə tədbirlər keçirilib və “Fitnə” sənədli filmi nümayiş etdirilib. O qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməmələri və bu sahədə maarifləndirmə işlərinin aparılmasından ibarətdir.

DQİDK-nin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov məruzəsində Ümummilli Lider Heydər Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində ölkədə insan hüquqlarının müdafiəsinə dair qanunvericilik bazasının beynəlxalq normalara uyğunlaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsiplərinin təsbiti, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktlara riayət olunmasına nəzarətin gücləndirilməsi, konfessiyalar arasında dözumlülük ənənəsinin möhkəmləndirilməsi, eləcə də dini abidələrimizin bərpası və qorunması istiqamətində görülən işlərdən və bunların əsasında formalaşan mükəmməl dövlət-din münasibətlərindən bəhs edib.

Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev çıxışında bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, ölkə rəhbərliyi səviyyəsində İslama, onun ayrı-ayrı bayramlarına yüksək hörmət, ehtiram və etiqad mövcuddur. İlham Əliyev mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmləndirilməsinə çalışmaqla yanaşı, insanların dini etiqad azadlığının ən yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlət bu sahəyə diqqət və qayğısını ölkədəki bütün etnik və dini qruplara göstərməkdədir.

Həmçinin Samux rayonunun axundu İlham Məmmədov, Samux şəhər 3 saylı tam orta məktəbin müəllimi Samir Qurbanov mövzu ilə bağlı çıxış ediblər.

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti