...

"Şeyxülislam" mükafatı təsis olunacaq

Cəmiyyət Materials 25 Noyabr 2016 11:46 (UTC +04:00)
Azərbaycanda dindarlar üçüm yeni moizələr kitabı nəşr olunacaq.
"Şeyxülislam" mükafatı təsis olunacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda dindarlar üçüm yeni moizələr kitabı nəşr olunacaq. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün “Milli mənəvi dəyərlər və KİV” mövzusunda jurnalistlər üçün təlimlərin açılışında deyib.

O bildirib ki, artıq bir möizələr kitabı nəşr olunub və ikinci möizələr kitabının nəşrinə hazırlıq görülür.

QMİ sədri deyib ki, Azərbaycanda "Şeyxülislam" mükafatının yaradılması nəzərdə tutulur. O qeyd edib ki, bunun üçün tapşırıqlar verilib, bu mükafatlar din sahəsində yazan jurnalistlər üçün də veriləcək.

Şeyxülislam din-dövlət münasibətlərinin inkişafında medianın rolunu yüksək qiymətləndirib:

“Bu gün Azərbaycanda dövlət ilə din arasında yüksək münasibətlər mövcuddur. Bu münasibətlərin qurulmasında mətbuatın da böyük rolu var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti