...

Bakı Metropolitenində YENİLİK (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2016 10:41 (UTC +04:00)
“Bakı Metropoliteni” QSC-nin strukturuna daxil olan dəmir-beton konstruksiyaları sahəsində yeni istehsalat sahəsi fəaliyyətə başlayıb.
Bakı Metropolitenində YENİLİK (FOTO)

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

“Bakı Metropoliteni” QSC-nin strukturuna daxil olan dəmir-beton konstruksiyaları sahəsində yeni istehsalat sahəsi fəaliyyətə başlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə açıqlamasında bildirib ki, istehsalat sahəsi beton şpallar istehsal edir. Almaniyanın “Vollert” şirkətindən Avropa standartlarına cavab verən yeni avadanlıqlar alınmaqla, beton blokların yerli şəraitdə istehsalı üçün şərait yaradılıb.

Metro yollarında istifadə ediləcək beton bloklar mövcud taxta şpallardan keyfiyyətinə və uzunömürlüyünə görə çox fərqlənir. Ağac şpalın ömrü 18-25, ən uğurlu istismar şərtləri daxilində 30-35 ildirsə, beton bloklar 80 il xidmət göstərə bilər. Beton bloklardan istifadə qatarların hərəkəti zamanı titrəmənin və səs-küyün, fiziki təsirlərin, təkərə əks-zərbələrin qarşısının alınması, ələlxüsus milli-mədəni, dünyəvi əhəmiyyəti olan tarixi-memarlıq abidələrinin qorunması (məsələn, «İçərişəhər-Sahil» mənzili boyunca) üçün əlverişlidir.

Beton blokların yerli şəraitdə istehsalı məhsulun alınması, ölkəyə gətirilməsi, daşınma xərcləri, yol-gömrük və s. rüsumların ödənməsi baxımından iki dəfədən də artıq qənaətə səbəb olacaq. Bu, yeni iş yerləri, yerli mütəxəssislərin hazırlanması, laboratoriya şəraitində yeniliklərin tətbiqi ilə elmi-praktiki potensialın inkişafı, həmçinin gələcəkdə "Made in Azerbaijan" brendinin yaradılması ilə həm də ölkə iqtisadiyyatına xidmət deməkdir. Yeni istehsal olunan beton bloklardan ilkin mərhələdə Bənövşəyi xəttin "Memar Əcəmi" və şərti adı "B-03" olan stansiyalararası yollarında, həmçinin "Nərimanov" elektrik deposunda sınaq yollarında istifadə ediləcək.

“Bakı Metropoliteni” QSC-nin yaranmasından ötən qısa müddət ərzində, ümumilikdə, dəmir-beton konstruksiyaları sahəsində böyük işlər görülüb. Müəssisədə yeni elektrik yarımstansiyası inşa edilib. Yarımstansiyada müasir standartlara cavab verən yeni avadanlıqlar quraşdırılıb və onu qidalandırmaq üçün elektrik veriliş xətləri çəkilib. Eyni zamanda, 3 ədəd, hər biri 2 tonluq və 9 bar təzyiqli müasir qazanxana tikilərək istifadəyə verilib və obyektə saatda 540 kubmetr imkanlı 0,45 bar təzyiqli yeni qaz xətti çəkilib. Vaqon və yük maşınları üçün tərəzi də yenilənib. Müəssisədə silos təsərrüfatı əsaslı surətdə yenidən qurulub. Belə ki, əvvəllər mövcud sayı 5 olan silos təsərrüfatından, sadəcə, ikisi işlək vəziyyətdə idi. Sahədə yeni aspirasiya, filtr sistemi qurulmaqla, əsaslı təmir həyata keçirilib və hər 5 silos təsərrüfatı tam işlək vəziyyətə gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti