...

Azərbaycanın Litvadakı səfirliyi xeyriyyə yarmarkasında iştirak edib (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2016 15:49 (UTC +04:00)
Azərbaycanın Litvadakı səfirliyi Milad bayramı münasibətilə keçirilmiş xeyriyyə yarmarkasında iştirak edib.
Azərbaycanın Litvadakı səfirliyi xeyriyyə yarmarkasında iştirak edib (FOTO)

Bakı. Trend:

3 dekabrda Vilnüs şəhər Ratuşasında Milad bayramı münasibətilə 14-cü xeyriyyə yarmarkası keçirilib. Yarmarkada Litvada akkreditə olunmuş 34 ölkənin səfirliyi və ictimai təşkilatlar iştirak ediblər.

Xeyriyyə yarmarkasının keçirilməsində məqsəd litvalıların ölkədə akkreditə olmuş xarici dövlətlərin tarixi, mədəniyyəti və mətbəxi ilə yaxından tanış olmaları, o cümlədən iştirakçılar tərəfindən satışa çıxarılan milli suvenirlərdən əldə olunan vəsaitlərin Litvanın uşaq evlərinə, uşaq xəstəxanalarına keçirilməsi olub.

Azərbaycan üçün ayrılmış stenddə milli suvenirlər, xalçalar, kəlağayılar, ölkəmizlə bağlı şəkillər, kitablar, bukletlər, şirniyyatlarımızdan paxlava və şəkərbura, yuxa, narşərab, həmçinin meyvə şirələri, mineral sular nümayiş olunub.

Tədbiri Litvanın sabiq prezidenti Valdas Adamkus açıb. Açılış mərasimindən sonra Azərbaycan stendinə yaxınlaşan Litva rəsmiləri səfir Həsən Məmmədzadə tərəfindən qarşılanıb və stendə nümayiş olunan məhsullar haqqında qısa məlumat verilib.

Tədbirin musiqi proqramı çərçivəsində Litvanın Mikolo Romeris Universitetində təhsil alan Azərbaycanlı tələbə Rühəngiz Əsgərova tərəfindən Azərbaycanın ən qədim xalq rəqslərindən olan Sarı gəlin rəqsi ifa edilib. Azərbaycan rəqsi həm səfirliklərin əməkdaşları, həm də litvalılar tərəfindən maraqla izlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti