Əqli imkanları məhdud şəxslərin idmanla reabilitasiyası beynəlxalq təşkilatla müzakirə olunub (FOTO)

Əqli imkanları məhdud şəxslərin idmanla reabilitasiyası beynəlxalq təşkilatla müzakirə olunub  (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Azərbaycanda səfərdə olan Avropa/Avrasiya Xüsusi Olimpiya Komitəsinin prezidenti Devid Yevangelista və Komitənin inkişaf üzrə direktoru Kşiştof Krukovski ilə görüş olub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev və vitse-prezidenti Rövşən Məmmədov, Azərbaycan Xüsusi Olimpiya İcraiyyə Komitəsinin üzvləri, millət vəkilləri Fazil Mustafa və Müslüm Məmmədov da iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi ilə bərabər, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyasının da Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətində mühüm yer tutduğunu vurğulayıb: “Hazırda Azərbaycan əhalisinin 6 faizini əlilliyi olan şəxslər təşkil edir. Ölkədə sağlamlıq imkanları məhdud uşaqların sayı isə 71600 nəfərdir. Həmin insanların hüquqlarının təminatı, onların reabilitasiya xidmətləri ilə təmin olunması, əmək bazarına, habelə səhiyyə və təhsil xidmətlərinə çıxış imkanlarının artırılması istiqamətində ölkəmiz fəal və mqəsədyönlü siyasətə malikdir”.

Qeyd olunan istiqamətlərdə həyata keçirilən tədbirlər barədə məlumat verən S.Müslümov əlilliyi olan şəxslərin bədən tərbiyəsi və idman vasitəsilə reabilitasiyası və cəmiyyətə inteqrasiyasının da diqqətdə saxlandığını bildirib: “Bu tədbirlər eyni zamanda sağlamlıq imkanları məhdud uşaqları da əhatə edir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu təbəqədən olan və əqli imkanları məhdud uşaqlar üçün 2 sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Hər iki müəssisədə 330 nəfərdən çox uşaq hərtərəfli dövlət himayəsində yaşayır. Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə həmin müəssisələrdə həm uşaqların yaşayışı və təminatı, həm də müxtəlif formalarda reabilitasiya tədbirlərinə cəlb olunmaları üçün ən müasir standartlara uyğun şərait yaradılıb”.

Nazir qeyd edib ki, eyni zamanda, bu uşaqlara müəyyən edilmiş müvafiq proqram üzrə potensiallarına uyğun xüsusi atletik idman növləri ilə məşğul olmaları, xüsusi atletika üzrə yarışlarda iştirak etmələri üçün lazımi tədbirlər görülür: “Ötən müddətdə həmin uşaqlardan bir qisminin beynəlxalq səviyyəli yarışlarda iştirakı da təmin olunub. Misal üçün, nazirliyin 2 saylı sosial xidmət müəssisəsində yaşayan Həbib Tağıyev 2014-cü ildə Belçikada keçirilən “Avropa Xüsusi Yay Olimpiya Oyunları 2014” yarışlarında, 2015-ci ildə ABŞ-da təşkil edilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək medallara sahib olub”.

S.Müslümov bu sahədə fəaliyyətdə Azərbaycan Xüsusi Olimpiya Komitəsi ilə fəal əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb: “Təcrübə göstərir ki, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların potensialları müqabilində bədən tərbiyəsi və idman növlərinə cəlb edilmələri onların reabilitasiyasında, cəmiyyətə uğurla adaptasiyasında əhəmiyyətli təsirə malikdir. Ona görə də nazirlik Azərbaycan Xüsusi Olimpiya Komitəsi ilə qarşılıqlı əməkdaşlıq şəraitində işləyir, Komitə tərəfindən bu sahədə irəli sürülən təşəbbüsləri, layihələri dəstəkləyir”.

D.Yevangelista ölkəmizdə xüsusi olimpiya hərəkatının genişlənməsinə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsini yüksək dəyərləndirib. D.Yevangelista bir cox ölkələrdə əqli imkanları məhdud əlilliyi olan şəxslərin daha çox qapalı şəraitdə, sanki pərdə arxasında saxlanıldığını qeyd edərək bildirib ki, Azərbaycanda bu sahədə mütərəqqi yanaşma, həmin insanlara çox açıq münasibət var və onlar üçün ictimai həyatda fəal iştirak imkanları yaradılıb. Ona görə də Avropa/Avrasiya Xüsusi Olimpiya Komitəsi müvafiq sahədə Azərbaycan hökuməti ilə əməkdaşlıqdan, birgə işləməkdən məmnundur. O, respublikada aidiyyəti qurumların, o cümlədən ƏƏSMN-nin Azərbaycan Xüsusi Olimpiya Komitəsi ilə qarşılıqlı və səmərəli fəaliyyətinin, Komitəyə daim dəstək verməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

Görüşdə əqli imkanları məhdud əlilliyi olan şəxslərin idman vasitəsilə reabilitasiyası sahəsində görülən işlər və onların nəticələri nəzərdən keçirilib, bu sahədə Avropa/Avrasiya Xüsusi Olimpiya Komitəsi ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Bitkoinin qiyməti 19 min dolları keçdi
Bitkoinin qiyməti 19 min dolları keçdi
Ermənistanda istefa verən nazirlərin sayı 6-ya çatdı
Ermənistanda istefa verən nazirlərin sayı 6-ya çatdı
İranda koronavirusa yoluxanların sayı 880 mini keçdi
İranda koronavirusa yoluxanların sayı 880 mini keçdi
Loading Bars
Xəbər lenti
Qubadlı Məşğulluq Mərkəzinin sabiq rəhbərinin məhkəməsi başlayır
Dağlıq Qarabağda tərəflərin maraqları nəzərə alınmaqla tənzimlənmə üçün şərtlər yaranır - Putin
Kiberdələduzlar koronavirus mövzusundan sui-istifadə etməyə davam edir - XƏBƏRDARLIQ
Bitkoinin qiyməti 19 min dolları keçdi
Qaxda karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir (FOTO)
Bakının məşhur bazarı köçürülür (FOTO)
Azərbaycan dili ilə bağlı onlayn tədris və imtahan platforması hazırlanacaq
Azercell-in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə məcburi köçkünlər üçün aksiyada iştirak edib (FOTO)
Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində iştirak edən hərbi qulluqçularının bir qrupu geri qayıdıb (FOTO)
Ermənistanda istefa verən nazirlərin sayı 6-ya çatdı
Ev almaq istəyənlər üçün sərfəli kredit imkanı
Kişiyə hamilə diaqnozu qoyulması xəbərləri ilə bağlı araşdırma aparılıb - TƏBİB
Şuşa yolunun tikintisi davam edir: Torpaq işləri aparılır (FOTO)
İranda koronavirusa yoluxanların sayı 880 mini keçdi
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub
Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
İlahiyyat İnstitutunda onlayn ingilis dili kurslarına start verilib (FOTO)
Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş zərər dəqiqləşdirilir - Orxan Məmmədov
Gürcü ziyalılarının iştirakı ilə Kamal Abdullanın 70 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib
Ermənilər Ağdamın kəndində əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərindən kömək istəyib (VİDEO)
Pandemiya ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr üzrə müddətli əlavələr ödənilib
Dağlıq Qarabağın işğalında iştirak etmiş erməni general ölüb
Çin Aya növbəti missiya göndərib - 2 kiloqram süxur gətirəcək
Coğrafi adlar və alınma sözlərin düzgün yazılışı ilə bağlı standartlar hazırlandı
Ermənistan işğal etdiyi ərazilərdə qədim dini və mədəni irsi tamamilə silməyə çalışıb - Konfessiyaların birgə bəyanatı
Qarsda logistika mərkəzinin istismara veriləcəyi tarix açıqlanıb
Ağdamın azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın nəticəsidir - Rauf Əliyev
Sabahın hava proqnozu açıqlanıb
İki gündə evini tərk edən 50-dən çox koronavirus xəstəsi məsuliyyətə cəlb olunub
Müharibə vaxtı Paşinyanın deputatları ABŞ-a qaçmaq istəyib
Ağdamın böyük potensialı - TƏHLİL
Evini tərk edən daha bir COVİD-19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
“PAŞA Həyat”dan şəhid ailələrinə dəstək
AYİB Gəncə üçün Azərbaycana kredit ayırıb
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Rusiyada bir gündə koronavirusdan 500-ə yaxın ölüm qeydə alınıb
Eksternat imtahanlarının vaxtı bəlli olub
Şəhid polkovnik Babək Səmidli dəfn olunub (FOTO)
Qarabağ Azərbaycanda iqtisadi artımın yeni drayveri olacaq - Vüsal Qasımlı
Milli Məclisin növbəti iclasının vaxtı məlum olub
Polietilen torbalar və plastik stəkanların satışına məhdudiyyət barədə layihə ikinci oxunuşda təsdiqləndi
Təəssüf ki, çox həkimlər süni tənəffüs aparatlarının funksiyalarını yaxşı bilmirlər - TƏBİB
Dövlət qulluqçularının xidməti yeni qaydalarla qiymətləndiriləcək
Azərbaycan nefti bahalaşır
Gəncədə qışa hazırlıq işləri yekunlaşıb (FOTO)
Çində koronavirusa görə 600-dən çox reys təxirə salınıb
Evdə müalicə olunan COVİD xəstələrinin sayı açıqlandı
"Vətən Müharibəsi Qəhrəmanı" adı haqqında əsasnamə ikinci oxunuşda təsdiq edilib
Dövlət səviyyəsində antibiotiklərin reseptsiz satışına sərt nəzarət olmalıdır - Səhiyyə nazirliyi
Milli Məclisdə həmkarlarımız arasında COVID-19-a yoluxanlar var - Spiker
Milli Məclis yeni orden və medallarla bağlı layihəni ikinci oxunuşda təsdiqlədi
Düşmən Azərbaycan mövqelərini bu ərazidən atəşə tuturdu (FOTO)
Milli Məclisin növbəti iclası başlayıb
Azərbaycan Prezidenti: Biz Ağdam şəhərini bərpa edəcəyik
“ASAN xidmət” “500 startups” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb (FOTO)
Azərbaycan Prezidenti: Həmsədr ölkələrinin səfirləri bu məsciddə olublar, niyə məsələ qaldırmayıblar?
Prezident İlham Əliyev: Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri
Prezident İlham Əliyev Ağdam məscidinə Məkkədən gətirdiyi “Qurani-Kərim”i bağışlayıb
Bəzi antibiotiklərin reseptsiz satışına qadağa qoyulsun - TƏBİB-dən təklif
Prezident İlham Əliyev: Dəfələrlə səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq
Hazırda süni tənəffüs aparatına qoşulan xəstələrin sayı həddindən çoxdur - TƏBİB
Ermənistanın ədliyyə naziri də istefaya göndərildi
Azərbaycan Prezidenti: Paşinyan bütün müxalifəti tutdurur, qərb də susur, ağzına su alıb
Prezident İlham Əliyev: Paşinyan kimdir, Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda
Azərbaycan Prezidenti: Dedim, Paşinyan, sən özün bizə tarix verməlisən, özün deməlisən və buna nail oldum
Prezident İlham Əliyev Ağdamın niyə daha tez azad olunmamasının səbəblərini açıqladı
Azərbaycanda koronavirusdan ölüm hallarının çoxalmasının səbəbləri açıqlanıb
Rusiyada müdafiə sənayesi zavodunda partlayış baş verib - Ölən var
Azərbaycan Prezidenti: Meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Şuşanı azad etdik
Prezident İlham Əliyev: Bu gün bir çox inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir
Azərbaycan Prezidenti: Biz heç kimdən asılı deyilik
BQXK Dağlıq Qarabağda missiyasının tərkibini genişləndirəcək
Prezident İlham Əliyev: Lazımi beynəlxalq dəstəyi ala bildik
Prezident İlham Əliyev: Bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq istəmirdilər
Azərbaycan Prezidenti: Münaqişənin həlli üçün lazımi hüquqi baza yaratmasaydıq, bu gün problemlərlə üzləşə bilərdik
Antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır - ÜST
Bakı Dövlət Universitetinin işçi heyətinə də smart Təhsil kartı təqdim edilib
Prezident İlham Əliyev: Əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu bir güllə atmadan işğaldan azad edilsin
Sabirabadda COVİD-19 xəstəsi karantin postunda saxlanıldı
Braziliyada koronavirusdan ölənlərin sayı 170 minə yaxınlaşır
ABŞ jurnalı Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi aspektləri barədə məqalə dərc edib
JOCAP "Abşeron" yatağının işlənməsi ilə bağlı son işlər barədə
Ya qalib, ya qazi, ya da şəhid olmalıyıq - Şəhid polkovnik Babək Səmidli (VİDEO)
Anama Şuşanı söz vermişdim - Şəhid hərbçi ilə olmayan müsahibə
Türkiyədə qeydiyyata alınmış Azərbaycan şirkətlərinin ümumi kapitalı açıqlanıb
Deputatlar bu gün 6 məsələnin müzakirəsinə toplaşır
Noyabrın 24-də xarici valyutaların manata qarşı məzənnələri
İngiltərə Premyer Liqasında daha 8 nəfər koronavirusa yoluxub
Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir (ÖZƏL)
Zaqatalada ferma və yük avtomobili yanıb
Qazaxıstanda koronavirusa daha 678 nəfər yoluxub
Yoluxma daha çox iş yerləri və yas mərasimlərində olur - Hande Harmancı
Dünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötüb
Britaniyada bir gündə koronavirusa 15 450 yoluxma qeydə alınıb
Avropa İttifaqı ölkələrinin liderləri Baydenlə Aİ-ABŞ münasibətlərini müzakirə ediblər
Nikaraquada yük maşını dərəyə aşıb, çox sayda ölən və yaralanan var
Tramp hakimiyyətin Baydenə təhvil verilməsi prosesinin başlanılmasına icazə verib
Fransada ötn sutka koronavirusdan 500 nəfər ölüb
İspaniya Kralı koronavirusa yoluxmuş şəxslə təmasdan sonra karantinə gedir
Bütün xəbərlər