...

Bakıda bu küçə və prospektlərdə sıxlıq yaranıb (FOTO)

Cəmiyyət Materials 8 Dekabr 2016 10:16 (UTC +04:00)
Hazırda paytaxtda müşahidə edilən faktiki hava şəraiti ilə əlaqədar olaraq, bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Bakıda bu küçə və prospektlərdə sıxlıq yaranıb (FOTO)

Bakı. Elcin Mehdiyev - Trend:

Hazırda paytaxtda müşahidə edilən faktiki hava şəraiti ilə əlaqədar olaraq, bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Tbilisi prospekti (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospekti (şəhər istiqamətində), Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Yusif Səfərov küçəsi (şəhər istiqamətində) sıxlıq müşahidə edilir.

BNA sürücülərin diqqətinə çatdırır ki, yollar buz bağladığında nəqliyyat vasitələrini ehtiyatla idarə etsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti