...

Səyyar ASAN xidmət Cəlilabadda

Cəmiyyət Materials 12 Dekabr 2016 12:38 (UTC +04:00)
Səyyar ASAN xidmət 12-15 dekabr tarixində Cəlilabad rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Səyyar ASAN xidmət Cəlilabadda

Bakı. Trend:

Səyyar ASAN xidmət 12-15 dekabr tarixində Cəlilabad rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

ASAN-dan Trend-ə verilən məlumata görə, Cəlilabad rayonunun Uzuntəpə qəsəbəsi, həmçinin Muğan, Söyüdlü və Maşlıq kəndlərinin sakinlərinə “Azərişıq” ASC tərəfindən istehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi xidməti həyata keçirləcək.

Bundan başqa, Səyyar ASAN xidmət avtobusları 14 noyabr -13 dekabr Astarada, 29 noyabr-28 dekabr Qubada, 2-16 dekabr Saatlıda, 5-19 dekabr Siyəzəndə, 5-24 dekabr Tovuzda, 5-14 dekabr Qaradağ rayonunun Ələt qəsəbəsində, 9-28 dekabr Ağcabədidə, 12-26 dekabr Qobustanda vətəndaşların xidmətində olacaqlar.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti