...

FHN də gücləndirilmiş rejimə keçir

Cəmiyyət Materials 29 Dekabr 2016 11:47 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq.
FHN də gücləndirilmiş rejimə keçir

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq.

FHN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində və bayram günlərində mümkün hər hansı fövqəladə hadisənin qarşısının daha operativ alınması və nəticələrinin daha çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib.

Bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanıb, şəxsi heyət təlimatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti