...

Yeni ilin ilk gününün havası

Cəmiyyət Materials 31 Dekabr 2016 12:07 (UTC +04:00)
Yeni ilin ilk günü - 2017-ci il yanvarın 1-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Yeni ilin ilk gününün havası

Bakı. Trend:

Yeni ilin ilk günü - 2017-ci il yanvarın 1-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 3-5° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 80-90%, gündüz 60-65 təşkil edəcək.

Yanvarın 1-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti