ASAN Könüllülərinin karyera mərkəzi ASAN Kadr

ASAN Könüllülərinin karyera mərkəzi ASAN Kadr

Bakı. Trend:

“ASAN Kadr” Karyera mərkəzinin rəhbəri Ləman Əhmədovanın Trend-ə müsahibəsi

- ASAN Kadr nədir?

- Hər bir 16-26 yaş arasında olan Azərbaycan gənci “ASAN School” könüllülük məktəbinə (konullu.asanschool.az) müraciət edərək “ASAN xidmət” mərkəzində könüllülük fəaliyyətinə qoşula bilər.

“ASAN School” könüllülük məktəbi Master 1, Master 2 və digər bölmələrindən ibarətdir. Master 1 özündə 2 aylıq müddətdə “ASAN xidmət” mərkəzində keçirilən təcrübə proqramını ehtiva edir. Bu fəaliyyət dövründə könüllülər kadr kimi formalaşır, 4 təlim paketindən yararlanır: “Stressin idarəolunması”, “Vaxtın idarəolunması”, “Qərarların qəbul edilməsi”, “Etik davranış”. Bu təlimlər xidmət səviyyəsinin yüksək səviyyədə təmin edilməsi üçün hazırlanıb.

2 ay müddəti ərzində onlar vətəndaşlara xidmət göstərir, sorğularda iştirak edir, korporativ mədəniyyəti mənimsəyir, layihələrin iştirakçılarına çevrilir və əvvəlcədən müəyyən edilmiş görkəmli şəxsiyyət və ya cərəyan haqqında qrup şəklində araşdırmalar edir və onların təqdimatını hazırlayırlar. Fəaliyyəti başa vurduqdan sonra hər bir ASAN könüllüsü karyera mərkəzinə müraciət edərək www.asankadr.az portalında qeydiyyatdan keçib, özü haqqında məlumatı daxil etdikdən sonra CV-lərini yerləşdirir və mövcud vakansiyalara müraciət edə bilirlər. İşə qəbul olan gənc isə artıq “ASAN Kadr” adını daşıyır.

- www.asankadr.az portalının ideyası necə yarandı?

- Bu portal yaranmamışdan öncə dövlət orqanlarından və xüsusilə də özəl şirkətlərdən çoxsaylı müraciətlər daxil olurdu. Onlar bizdən müxtəlif vakansiyalar üzrə kadrlar tövsiyə etməyimizi xahiş edirdilər. Biz də müraciətlərin sayını nəzərə alaraq, “asan kadr”larla bağlı məlumatların bir bazada təmin edilməsini, onlar arasında birbaşa əlaqənin asanlaşdırılmasını və müxtəlif istiqamətlər üzrə ixtisas sahiblərinin bacarıqlarının artırılması üçün “ASAN School” könüllülük məktəbinin "ASAN Kadr" karyera mərkəzini və www.asankadr.az portalını yaratdıq.

Portal 12 mart 2015-ci il Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyeva təqdim olunmuşdu.

- Karyera mərkəzinin fəaliyyətinə nə daxildir?

- Karyera mərkəzi olaraq ümumi 398 nəfəri əhatə edən 11 təlim proqramı təşkil etmişik. Bu proqramlar müasir əmək bazarının tələblərini nəzərə alaraq keçirilibdir. “PAŞA Sığorta” ASC –nin “Sığortaçı Akademiyası” ilk təlimlərini məhz bizim karyera mərkəzində keçiribdir. 2 gün davam edən təlimdə məzun könüllülərə risklərin idarəolunması, sığorta işinin əsasları, sığorta iddialarının tənzimlənməsi, marketinq, insan resursları və mühasibat üzrə məlumat verilmişdi və yekunda gənclər sertifikatla təltif olunmuşdular.

Geniş miqyaslı layihələrdən biri də sentyabr ayı ərzində #SMM2016 Business breakfast layihəsi oldu. #SMM2016 Business breakfast layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “ASAN School” könüllülük məktəbinin "ASAN Kadr" Karyera mərkəzi və Yüksək Texnlogiyalar Parkının təşkilatı dəstəyi ilə həyata keçirilirdi. Layihənin əsas məqsədi sosial media marketinq sahəsi üzrə mütəxəssislərin formalaşması idi. Layihə elan verildiyi gündən gənclər tərəfindən böyük marağa səbəb oldu. Çox saylı müraciətlər əsasında 50 nəfər gənc seçildi və təlimlərə start verildi. Təlimçilər öz sahəsi üzrə peşəkar olan mütəxəssislər tərəfindən keçirilirdi. 1 ay davam edən, 50 nəfər iştirakçı və 12 təlimdən ibarət proqramın sonunda gənclər komandalara bölünərək 8 şirkətə təcrübəyə yönləndirildi.

Təcrübə 3 gün davam etdi və həmin müddətdə gənclər şirkətlərin SMM strategiyasını hazırladılar. Bağlanış mərasimində komanda şəklində təqdimatları keçirdilər və şirkət rəhbərlərinə öz tövsiyələrini verdilər. Nəticə etibarı ilə gənclərin bir çoxu artıq əmək fəaliyyətinə başlayıb və bir qrup gənc

SMM şirkətini yaradıb. Bu günlərdə şirkət haqqında elan veriləcək.

- Əsasən hansı vakansiyalar üzrə müraciətlər daxil olur?

- Vakansiyalar müxtəlifdir. Nəzərə alsaq ki, ASAN könüllülərinin böyük hissəsi tələbədir elanlar qeydiyyatçı, assistent, satış üzrə mütəxəssis, sığorta məsləhətçisi, kredit mütəxəssisi, operator, tərcüməçi, kassir, qrafik dizayner, müəllimə, florist kimi daha üstünlük təşkil edir. Bir çox müəssisələr hazırda ASAN Kadrlarla işləməyə üstünlük verir.

- Dövlət qurumları necə müraciət edirlər?

- Bəli. Sonuncu elan Dövlət Sərhəd Xidməti tərəfindən verildi. 56 nəfər gəncin müraciəti qeydə alındı. Bundan başqa Ədliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi işçi elanlarını bizim veb portal üzərindən verir. Ümumiyyətlə 2 ilə yaxın fəaliyyət nəticəsində 723 kadr işlə təmin olunub və 650 şirkət portaldan qeydiyyatdan keçib.

- 2017-ci ildə www.asankadr.az portalından hansı yeniliklər gözlənilir?

- Sosial layihə olaraq bizim ilkin məqsədimiz gənclərin işlə təmin olunmağıdır. Bu istiqamətdə şirkətlərlə əlaqələr daha da genişləndiriləcək, daha çox ixtisaslaşmış təlimlər, layihələr keçiriləcək. Veb portalın texniki cəhətdən yenilikləri əlavə olunacaq.

“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
Xaçmazın kəndlərində internet avadanlıqlarının modernləşdirilməsi davam edir - Nazirlik
Xaçmazın kəndlərində internet avadanlıqlarının modernləşdirilməsi davam edir - Nazirlik
Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Loading Bars
Xəbər lenti
Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!” (FOTO)
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın enerji sektorunda 2 layihə reallaşdırır
Polkovnik Elxan İbrahimov öz vəzifəsindədir - Müdafiə Nazirliyi
Yalnız sıx əməkdaşlıq Cənubi Qafqaz regionunun demilitarizasiyasına xidmət edə bilər - Komitə sədri
MDU-nun tələbələri Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)
Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşib
Azərbaycan könüllüləri dünyanı Xocalı soyqırımına səssiz qalmamağa çağırıb (FOTO)
Bu il sosial sahədə e-yeniliklərin tətbiqi daha da genişlənəcək
Dövlət başçısı hər bir sualı cavablandırdıqca, həm də müvafiq mesajlar ötürürdü - Arzu Nağıyev (VİDEO)
AXC-Müsavat cütlüyü hərbi qüvvələri öz məkrli məqsədləri üçün istifadə edirdi - Deputat
Azərbaycan Prezidenti: Bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar
Kişinyov şəhərində Xocalı soyqırımının qurbanları yad edilib
Prezident İlham Əliyev: Rusiya və Azərbaycan dost ölkələrdir
Alman alim Xocalı qətliamından yazıb
Prezident İlham Əliyev: Ermənistandakı böhran, orada siyasi mübarizənin nəticələri bizim planlarımıza təsir edə bilməz
Azərbaycan Prezidenti: Monitorinq Mərkəzi post-müharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək
Prezident İlham Əliyev: Xocalı soyqırımı törədiləndə dünya susmuşdu
NATO-nun mənzil-qərargahında Xocalı soyqırımını anım tədbiri keçirilib (FOTO)
Şuşada Xocalı qurbanları yad edilib (VİDEO)
Azərbaycandan Türkiyəyə qaz tədarükü 19 faiz artıb
Ədliyyə orqanlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
İordaniyada Xocalı soyqırımı ilə əlaqədar anım gecəsi keçirilib (FOTO)
“Xocalı - faciədən doğan intiqam” adlı tədbir keçirilib (FOTO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Rektor Şahin Bayramov Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı açıqlama verib
Xocalı soyqırımı - insanlığa qarşı amansız terror!
Ankarada Xocalı soyqırımına həsr olunan anım mərasimi keçirilib
Gənclər təşkilatları “Ana harayı” abidəsini ziyarət etdi (FOTO)
Xocalı soyqırımı dünya mediasında geniş işıqlandırılıb
Estoniyadan diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət tətbiq olundu
Ermənilər hamilə əmim qızını öldürdülər - Faciədə hər iki valideynini itirən Xocalı şahidi
ADU-nun Tərcümə fakültəsində “Xocalı soyqırımından Qarabağ zəfərinə” adlı tədbir keçirilib
"ADY Container" MMC Türkmənistandan Türkiyəyə kükürd daşıyır
Azərbaycanda çay plantasiyalarının güzəştli sığortası başlayıb
Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsidir - Hikmət Hacıyev
Baş İdarə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib
Qazaxıstan və Azərbaycan “Satti” qurğusunun quyu qazması barədə razılıq əldə edib
Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi təşkil olunub
Azərbaycan Prezidenti: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
AzTU tələbələri işlə təmin etmək üçün taksi xidməti yaratdı
Tbilisidə Xocalıya həsr edilmiş anım mərasimi və fləşmob təşkil edilib (FOTO)
AMEA-da virtual laboratoriyalar yaradıla bilər
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
Türkiyə gəncləri ‘XOCALIYA ƏDALƏT’ tələb edir (FOTO)
AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Azercell ilə TikTok indi daha əlçatandır!
Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş videokonfrans keçirildi (FOTO)
Bütün ölkədə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub (FOTO)
Ermənistan prezidenti Paşinyana qarşı çıxdı: Baş qərargah rəisi vəzifəsində qalır
Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir
Azərbaycan könüllüləri Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat veriblər
Prezident İlham Əliyev: Azərbaycana xoş gəlmisiniz plakatı nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur
Azərbaycan iqlim dəyişmələri ilə mübarizə üçün plan hazırlayır
Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır
Varşavada Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Xocalı həqiqətləri Avropanın nüfuzlu media orqanında
Azərbaycan Prezidenti: Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz, bunlar terrorçu və təxribatçılardır
Bizi Qarabağdakı əsas tapşırıqdan heç nə yayındırmamalıdır - Mariya Zaxarova
Dövlətimiz şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir - Deputat
Yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri yekunlaşıb
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "www.khojalytoday.com" saytı təqdim edilib (FOTO/VİDEO)
Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb
ABŞ-ın Sanni Ayles Biç şəhərində 26 fevral tarixi Xocalının anım günü elan edilib (FOTO)
Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirə qatılıb
Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi
Dinc sakinlərə qarşı aqressiya bunu törədənin zəifliyinin göstəricisidir - Rusiyalı ekspert
Danimarka rəsmilərinin diqqəti Xocalı soyqırımına cəlb edilib
“Muğanbank” ASC-nin reytinqləri üzrə proqnoz yenidən baxılaraq, “Neqativ”-dən “Stabil”-ə dəyişdirilmişdir
Portuqalıya kinoşirkəti “STORY of KHOJALI” adlı film ekranlaşdırıb (VİDEO)
Azərbaycanda 180 nəfər COVID-19-dan sağalıb, 219 nəfər yoluxub, 4 nəfər vəfat edib
Qəbələdə ağac kəsən şəxs cəzalandırılıb
Srebrenitsa anaları Ağdamda olublar (FOTO)
Əfv komissiyası hansı müraciətlərə baxıb?
Xocalı faciəsinin 29-cu ildönümü Bolqarıstanda anılıb (FOTO)
Şirvanda qadını öldürməkdə şübhəli bilinən şəxslər tutuldu
Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib
Naqif Həmzəyev “A Haber” televiziya kanalında Xocalı soyqırımından danışıb (FOTO/VİDEO)
Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib (FOTO)
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib (FOTO)
ADU-nun Çinşünas tələbələri Xocalı faciəsini yad edib (FOTO)
Prezident İlham Əliyev 4 saatdan çox davam edən konfransda 50-yə yaxın sualı cavablanıdırb
Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə 304 erməni axtarışa verilib - Baş prokuror
Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür
Prezident İlham Əliyevin bir neçə dildə danışması xarici jurnalistləri təəccübləndirib: Rekorda imza atdınız (VİDEO)
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Seulda silsilə tanıtım və məlumatlandırma aksiyaları davam etdirilib (FOTO)
Xocalıda cinayətlərin törədilməsində günahkar olan hər kəs ədalətli cəzasını almalıdır - Ukraynalı ekspert
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda və regionlarda ağaclar əkilib (FOTO)
Vətəndaşlar "Ana harayı" abidəsini ziyarət edirlər (FOTOREPORTAJ)
İranda ötən sutkada 69 nəfər koronavirusdan ölüb
Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərinin növbəti görüşünün vaxtı açıqlanıb
Xocalı soyqırımının 29-cu ildönümü Bolqarıstan mətbuatında işıqlandırılıb (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir
Qarabağla bağlı razılaşmalar icra olunur - Peskov
"Azİz" Assosiasiyası beynəlxalq ictimaiyyəti Xocalı soyqırımını tanımağa çağırıb
Paşinyanın “lift diplomatiyası” – O, Düşənbədə Azərbaycan Prezidentinə nə barədə söz veribmiş? (VİDEO)
Vaşinqtonun küçələrində Xocalı həqiqətlərini əks etdirən məlumatlandırma aksiyası başlayıb (FOTO)
Xocalı faciəsinin ildönümü ilk dəfədir ki, başıuca formada qeyd olunur - Alim
İsraildə Xocalı soyqırımına həsr olunmuş videokonfrans keçirilib
Martın 1-dən yenidən külək güclənəcək, rayonlara qar yağacaq
Bütün xəbərlər