...

Şəmkirdə qalmaqallı məktəblə bağlı materiallar Baş Prokurorluğa göndərildi

Cəmiyyət Materials 17 Yanvar 2017 15:35 (UTC +04:00)
Yoxlama zamanı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
Şəmkirdə qalmaqallı məktəblə bağlı materiallar Baş Prokurorluğa göndərildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Şəmkir rayonun Seyfəli kənd tam orta məktəbi ilə bağlı bir sıra kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlarla əlaqədar, Təhsil Nazirliyi tərəfindən aparılan araşdırma başa çatıb.

Şəmkir rayon təhsil şöbəsindən Trend-ə verilən məlumata görə, araşdırmanın nəticəsi olaraq Seyfəli kənd tam orta məktəbin direktoru Akif Namazov işində yol verdiyi nöqsana görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.

Yoxlama zamanı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Qeyd edək ki, Şəmkir rayonu Aşağı Seyfəli kəndindəki M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində laborant işləmiş Xatirə Əliyeva məktəb direktoruna qarşı bəzi ittihamlar irəli sürərək diplomu tanınmayan müəllimlərdən külli miqdarda rüşvət aldığını, direktorun Təhsil Nazirliyinin adından istifadə edərək müəllimlərdən pul yığdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti