...

Siqaret çəkənlərə bəd xəbər

Cəmiyyət Materials 26 Yanvar 2017 16:00 (UTC +04:00)
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iş planına daxil edilib.
Siqaret çəkənlərə bəd xəbər

Bakı. Elçin Mehdiyev - Trend:

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iş planına daxil edilib.

Trend-in məlumatına görə, bu barədə komitənin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli bildirib.

Qeyd edək ki, bundan əvvəl Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun lahiyəsinin artıq hazır olduğunu bildirmişdi.

M.Quliyev bildirib ki, qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsi tərəfindən hazırlanıb: “Yaxın vaxtlarda komitə bu qanun layihəsini müzakirəyə çıxaracaq. Bu ilin sonuna qədər Milli Məclisin plenar iclasına tövsiyə olunması gözlənilir”.

Millət vəkili qeyd edib ki, qanun layihəsində tütün məmulatlarının istehlakı ilə yanaşı, sulu qəlyanların da istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti