...

"Xocalısız 25 il" mövzusunda müsabiqəyə start verilib

Cəmiyyət Materials 1 Fevral 2017 10:47 (UTC +04:00)
"Xocalısız 25 il" mövzusunda müsabiqəyə start verilib.
"Xocalısız 25  il" mövzusunda müsabiqəyə start verilib

Bakı. Trend:

Xocalı faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Xocalısız 25 il” mövzusunda rəsm-sərgi müsabiqəsi keçirilir.

İdarədən Trend-ə verilən məlumata görə, müsabiqənin əsas məqsədi Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir.

Müsabiqə 3 yaş qrupu üzrə, 6-9, 10-14 və 15-18 yaşlı uşaq və gənclər arasında keçirilir. Müsabiqənin I mərhələsi fevralın 1-dən 20-nə qədər ümumi təhsil müəssisələrində həyata keçiriləcək. I mərhələdə fərqlənən rəsmlərin müəllifləri müsabiqənin II – Bakı şəhər mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Müsabiqənin şəhər mərhələsində hər yaş qrupu üzrə 3 qalib seçiləcək.

Qaliblər müəyyənləşdirilərkən rəsmin verilmiş mövzuya uyğunluğu, orijinallığı, yaradıcılıq üslubu, işin görülmə keyfiyyəti nəzərə alınacaq. Müsabiqənin qalibləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti