...

Vəkil: Prezidentin sərəncamı insan hüquqlarının qorunması üçün nümunəvi təşəbbüsdür

Cəmiyyət Materials 14 Fevral 2017 18:17 (UTC +04:00)
Prezidentin sərəncamından sonra bu proses təkmilləşdiriləcək və bu sahədəki problemlər aradan qaldırılacaq.
Vəkil: Prezidentin sərəncamı insan hüquqlarının qorunması üçün nümunəvi təşəbbüsdür

Bakı. Trend:

Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli sərəncamı məhkumların hüquqlarının qorunması istiqamətində atılan humanist addımdır.

Bunu Trend-ə açıqlamasında İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, Azərbaycan Vəkillər Kollegiyasının üzvü İradə Cavadova deyib.

Onun sözlərinə görə, dövlət başçısının bu addımı, həmçinin insan hüquqlarının qorunması üçün nümunəvi təşəbbüsdür:

"Bu prosesdə az ağır cinayət törədən şəxslərin həbs yox, ictimai işlərə cəlb edilməsi alqışlanmalıdır. Yəni təqsirləndirilən şəxs az ağır cinayət törədibsə, niyə azadlıqdan mərhum olunmalıdır?"

İ.Cavadova hesab edir ki, Prezidentin sərəncamından sonra bu proses təkmilləşdiriləcək və bu sahədəki problemlər aradan qaldırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti