...

Ekspert: Hərbi jurnalistika sahəsində qanun layihəsinin hazırlanmasına ehtiyac var

Cəmiyyət Materials 17 Fevral 2017 13:23 (UTC +04:00)
Azərbaycanda hərbi jurnalistika sahəsində müvafiq qanun layihəsinin hazırlanmasına ehtiyac var.
Ekspert: Hərbi jurnalistika sahəsində qanun layihəsinin hazırlanmasına ehtiyac var

Bakı. Elçin Mehdiyev - Trend:

“Azərbaycanda hərbi jurnalistika sahəsində müvafiq qanun layihəsinin hazırlanmasına ehtiyac var”.

Trend-in məlumatına görə, bu təkliflə Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev bu gün Milli Məclisdə media rəhbərləri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, qanun layihəsində həm jurnalistlərin fəaliyyəti, həm də sığortası ilə bağlı məsələlər öz əksini tapa bilər: “Hazırda hər hansı elektron media, yazılı və ya televiziya sahəsində çalşan jurnalistin hərbi sahəyə göndərilməsinin özü təhlükəli prosesdir. Çünki orada istənilən hadisə baş verə bilər”.

A.Nağıyev bildirib ki, jurnalistlərin bu məsələlərdən sığortalanması, təhlükəyə məruz qalan ərazilərdə onların nə ilə üzləşməsi qanunla tənzimlənməlidir:

“Son vaxtlar dünyanın hər yerində həlak olan jurnalistlərin bir çoxu məhz hərbi jurnalistika ilə bağlıdır. Bu baxımdan, hərbi jurnalistika sahəsində qanun layihəsinin hazırlanmasına ehtiyac var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti