...

Bakı-Sumqayıt yolundakı qəzada ölənlərin sayı 5-ə çatdı, 20 yaralı (YENİLƏNİB-5)

Cəmiyyət Materials 9 Mart 2017 10:55 (UTC +04:00)
Səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Sumqayıt yolundakı qəzada ölənlərin sayı 5-ə çatdı, 20 yaralı (YENİLƏNİB-5)

İlk xəbər saat 09:10-da yayımlanıb

Bakı. Trend:

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Trend-ə verdiyi məlumata görə, yol qəzası nəticəsində 5 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Yaralılardan 17-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

X X X

10:29

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qəza nəticəsində ölənlərin sayı 4-ə çatıb. Ölənlərin 4-ü də tələbədir.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyevin Trend-ə verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət almış daha bir neçə yaralı xəstəxanaya daxil olub.

X X X

10:05

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Trend-ə verdiyi məlumata görə, 3 nəfər hadisə yerində dünyasını dəyişib. Ölənlərin hər 3-ü tələbədir.

Xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri ağırdır.

X X X

09:35

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir. Belə ki, qəzaya uğramış "Ford-tranzit" markalı mikroavtobus tələbələri Sumqayıt Dövlət Universitetinə aparırmış.

X X X

Trend-in hadisə yerində olan müxbirinin verdiyi ilkin məlumata görə, qəza nəticəsində 1 nəfərin öldüyü bildirilir.

X X X

Səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili-tibbi yardım maşınları cəlb olunub.

Hazırda qəza səbəbindən həmin yolda tixac yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti