...

Qərargah: Tapılan meyitin N.Nərimanov adına NQÇİ-nin maşinisti olduğu müəyyənləşdi

Cəmiyyət Materials 22 Mart 2017 17:08 (UTC +04:00)

Bakı. Trend:

Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində martın 20-də aşkar edilən kişi meyitinin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində “nasos qurğularının maşinisti” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Zülfüqarov Güloğlan Hacıbala oğluna məxsus olduğu müəyyən edilib.

Bu barədə Trend-ə Axtarış-Xilasetmə qərargahının məlumat verilib.

Bildirilir ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Külək estakadanı dənizə uçurdu: 10 nəfər itkin düşüb (SİYAHI)

Külək estakadanı dənizə uçurdu: 10 nəfər itkin düşüb (SİYAHI)

Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti