Bakı. Trend:
Əbu Dabi şəhərində keçirilən "Təhlükəsizlik üçün birlik" beynəlxalq konfransında iştirak çərçivəsində Azərbaycanın daxili işlər naziri Ramil Usubov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) daxili işlər naziri Şeyx Saif bin Zayed əl Nəhyan ilə görüşüb.
Azərbaycanın BƏƏ-dəki səfirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasında əməkdaşlıq, təhlükəsizlik sahələrində мəsələlər müzakirə olunub.