...

Bakı-Astara yolunda qəza: yük maşını aşdı (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2017 18:57 (UTC +04:00)
Bakı-Ələt-Astara yolunda yol qəzası baş verib.
Bakı-Astara yolunda qəza: yük maşını aşdı (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı-Ələt-Astara yolunda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə yolun Salyan rayonu ərazisindən keçən hissəsində baş verib. İrandan Bakıya gələn iritonnajlı yük avtomobili yolun hərəkət istiqamətində idarəetməni itirərək aşıb. Nəticədə yolda tıxac yaranıb.

Əraziyə yol polisləri cəlb edilib və tıxacın aradan qaldırılması üçün iş gedir.

Qəzaya uğrayan avtomobilin yükü şüşə materiallar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti