...

Bakı-2017: Bilet satışı davam edir (VİDEO)

Cəmiyyət Materials 22 Aprel 2017 10:00 (UTC +04:00)
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına bilet satışı davam edir.
Bakı-2017: Bilet satışı davam edir (VİDEO)

Bakı. Trend:

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına bilet satışı davam edir.

Trend-in məlumatına görə, biletləri şəhərimizin bilet satışı məntəqələrində, o cümlədən tərəfdaş olan ticarət mərkəzlərində, həmçinin Bakı-2017-nin saytı vasitəsilə almaq mümkündür.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixində Bakıda 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti