...

Turizm sahəsində karyera qurmaq istəyən gənclərin nəzərinə

Cəmiyyət Materials 24 Aprel 2017 15:38 (UTC +04:00)
Turizm sahəsində karyera qurmaq istəyən gənclər üçün “Karyerada ilk addım” devizi altında tədbir keçiriləcək.
Turizm sahəsində karyera qurmaq istəyən gənclərin nəzərinə

Bakı. Trend:

Mayın 2-də saat 11:00-da Bakı Biznes Mərkəzində (Bakı şəhəri, Neftçilər prospekti 44) tələbə və məzunların turizm sahəsi üzrə əmək bazarına inteqrasiyasına kömək göstərilməsi məqsədilə “Karyerada ilk addım” devizi altında tədbir keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Trend-ə verilən məlumata görə, tədbir ƏƏSMN və Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə ölkəmizdə fəaliyyət göstərən mehmanxanalar, turizm şirkətləri və aidiyyəti müəssisələr tərəfindən vakant iş yerləri və karyera planları haqqında məlumatlar təqdim ediləcək.

Turizm sahəsində ali təhsilli və yaxud təhsil alan, müvafiq sertifikat kurslarını bitirən, müəyyən iş təcrübəsi olub hazırda iş axtaran turizm sahəsi üzrə bütün maraqlı şəxslər (CV-ləri ilə birgə) tədbirdə iştirak edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti