...

Metroda qatar tuneldə qaldı - Hərəkət dayandırıldı

Cəmiyyət Materials 27 Aprel 2017 09:59 (UTC +04:00)
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
Metroda qatar tuneldə qaldı - Hərəkət dayandırıldı

Bakı. Samir Əli - Trend:

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə "Dərnəgül-Həzi Aslanov" xətti üzrə hərəkət edən qatarda baş verib.

"28 may" stansiyasından "Gənclik" istiqamətinə hərəkət edən 24 saylı qatarda tuneldə nasazlıq yaranıb. Nəticədə qatar hərəkətini dayandırmalı olub və 8-10 dəqiqə tuneldə qalıb. Arxadan gələn qatarlar da gözləmək məcburiyyətində qalıb.

N.Paşayev bildirib ki, nasazlıq yaranan qatar DEPO-ya göndərilib və hərəkət bərpa olunub. Hazırda qatarların hərəkətində gecikmələr var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti