...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konsert keçirilib (FOTO)

Cəmiyyət Materials 3 May 2017 20:44 (UTC +04:00)
Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konsert keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konsert keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Mayın 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbi ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konsert keçirib.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən Trend-ə verilən məlumata görə, konsertdə Nəsimi rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri, xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında Q.Qarayev “İldırımlı yollarla” baletindən gitara çalan qızların rəqsi, F.Əmirov “Azərbaycan dağlarında”, İ. Abdullayev “Payız”, V.A.Motsart “Alleqro”, F.Qossek “Tamburin”, Polunin “Konsertino” kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti