...

SABIS SUN beynəlxalq məktəbi beynəlxalq məktəblərarası idman yarışlarına ev sahibliyi edib (FOTO)

Cəmiyyət Materials 8 May 2017 14:55 (UTC +04:00)
“Xəyal adası” müasir yaşayış kompleksində yerləşən SABIS SUN beynəlxalq məktəbi təhsil və idman nazirliyindən olan nümayəndələrinin də iştirak etdiyi Beynəlxalq məktəblərarası idman yarışlarına ev sahibliyi edib
SABIS SUN beynəlxalq məktəbi beynəlxalq məktəblərarası idman yarışlarına ev sahibliyi edib (FOTO)

Bakı. Trend:

“Xəyal adası” müasir yaşayış kompleksində yerləşən SABIS SUN beynəlxalq məktəbi təhsil və idman nazirliyindən olan nümayəndələrinin də iştirak etdiyi Beynəlxalq məktəblərarası idman yarışlarına ev sahibliyi edib. Bu idman yarışları beynəlxalq məktəblərdə təhsil alan şagirdləri bir araya gətirən, sağlam mühitdə idmançı xüsusiyyətləri və komanda şəklində çalışmağı təlqin edən və bu səviyyədə Azərbaycanda təşkil olunan ilk tədbir olub.

Beynəlxalq məktəblərarası idman yarışlarında iştirak edən 200-dən artıq şagird basketbol, atletika, futbol və üzgüçülük kimi müxtəlif idman yarışları üzrə yarışlar keçirilib.

İdman yarışlarının rəsmi açılış mərasimində çıxış edən “Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdolbari Gozal şagirdlərə təhsilin insanın və uğurlu mütəxəssis kimi formalaşmasında müstəsna rol oynadığını bildirib və belə yüksək səviyyəli beynəlxalq məktəblərdə təhsil almaqlarının onlar üçün əla şans olduğunu vurğulayıb. Şirkətlər Qrupunun rəhbəri həmçinin, bu yaxınlarda ölkə başçısı İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilməsinin də həmçinin təhsilin inkişafına verdiyi dəstəklə əlaqəli olduğunu qeyd edib və cənab Prezidentə minnətdarlığını bildirib. Abdolbari Gozal şagirdlərə dəyərli məsləhətlər verərək onlara gələcək həyatlarında uğurlar arzu edib. Tədbirdə çıxış edən “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov da məktəblilər qarşısında çıxış edərək öz xatirələrini bölüşüb və təhsilin idmanda uğurun qazanılması üçün də çox vacib olduğunu söyləyib. Yarışların sonunda qalib komandalar və idmançılar medal və kuboklarla təltif ediliblər.

Dünyanın 16 ölkəsində 70 mindən artıq şagirdin təhsil aldığı məktəblər şəbəkəsində dərslər 130 il ərzində təkmilləşdirilən proqram əsasında tədris edilir. “Sabis SUN” məktəblərinin məzunları yüksək nəticələr əldə edərək dünyanın və Avropanın aparıcı ali məktəblərində təhsillərini davam etdirə bilirlər. Qeyd edək ki, "Dreamland" ərazisində yerləşən SABIS SUN beynəlxalq məktəbi 67.000 m2 sahəni əhatə edir. Məktəbdə inzibati və xidmət binaları ilə yanaşı, məktəbəqədər təhsil müəssisəsi, ibtidai məktəb binası, açıq və qapalı idman meydançaları, aşağı və yuxarı siniflər üçün üzgüçülük hovuzları, olimpiya standartlarında futbol meydançası, eləcə də şagirdlərin dərsdən kənar səmərəli vaxt keçirmələrini təmin etmək üçün tamaşa zalı və Şagird Həyatı Təşkilatı fəaliyyət göstərir.

SABIS® SUN haqda daha ətraflı məlumatı ssisbaku.sabis.net internet səhifəsindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti