...

"Hər kağızı bir yarpağa dəyişək" layihəsinə UNEC-dən dəstək (FOTO)

Cəmiyyət Materials 11 May 2017 10:48 (UTC +04:00)

Bakı. Trend:

UNEC-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi olduğu IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində tədbir keçirilib.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, UNEC “Yaşıl universitet” şüarı altında “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə dəstək göstərib.

Layihə ilə bağlı UNEC-də olan İDEA İB-nin nümayəndəsi Nəzakət İsayeva bildirib ki, aksiyanın məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Eyni zamanda, ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təbliğ etməkdir.

İqtisadi məsələlər üzrə prorektor Mikayıl Zeynalov UNEC-də ekoloji layihələrə xüsusi önəm verildiyini bildirib. UNEC kollektivinin Badamdar qəsəbəsində yerləşən 2 hektar boş sahədə 1500-dən artıq ağac əkdiyini və Ulu öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə həmin ərazidə iməclik işlərinin aparıldığını diqqətə çatdırıb. UNEC-in elektron universitet modelinin tərkib hissəsi olan elektron sənəd dövriyyəsinə keçidlə bağlı universitetdə kağızdan istifadənin minimuma endirildiyini vurğulayıb.

UNEC kollektivi 10 min tondan çox kağız tullantısını təkrar emal məqsədilə təhvil verib.

Sonda “Hər kağızı bir yarpağa dəyişək” layihəsində fəal iştrakına görə UNEC-in kollektivinə təşəkkürnamə təqdim edilib.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti