...

FİG-in prezidenti: Gimnastikanın İslamiadaya salınması onun inkişafı üçün vacibdir

Cəmiyyət Materials 14 May 2017 13:44 (UTC +04:00)
Gimnastikanın IV İslam Həmrəyliyi Oyunlarının proqramına salınması bu idman növünün inkişafı üçün vacibdir.
FİG-in prezidenti: Gimnastikanın İslamiadaya salınması onun inkişafı üçün vacibdir

Bakı. Yelena Kosolapova - Trend:

Gimnastikanın IV İslam Həmrəyliyi Oyunlarının proqramına salınması bu idman növünün inkişafı üçün vacibdir.

Bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FİG) prezidenti Morinari Vatanabe deyib.

O, bildirib: "İndi İslam ölkələri gimnastikaya və onun inkişafına daha çox diqqət ayıracaqlar".

O, xatırladıb ki, bu il qadın bədii və idman gimnastikası ilk dəfə İslamiadaya salınıb və əmindir ki, bu idman növü bundan sonra da İslam Həmrəyliyi Oyunlarının proqramında qalacaq: "Ümid edirəm ki, növbəti illərdə Oyunlara daha çox komanda gələcək".

FİG prezidenti qeyd edib ki, gimnastikanın Olimpiya idman növü olmasına baxmayaraq, dünya idmanında aparıcı yer tutmur. Onun sözlərinə görə, əvəllər gimnastikanın reklamının belə geniş aparılmaması buna səbəb olub: "Reklam bu idman növünün inkişafı üçün vacibdir. Mən istərdim ki, gimnastika dünyada futbol kimi əsas idmanlardan olsun. Biz buna edə bilərik".

Azərbaycanda gimnastikanın vəziyyətindən danışan M.Vatanabe qeyd edib ki, bədii gimnastika ölkədə yaxşı səviyyədədir, digər növlər isə inkişaf mərhələsindədir: "Ümid edirəm ki, Azərbaycanda tez bir zamanda gimnastikanın digər növləri də bədii gimnastikanın səviyyəsinə çatacaq".

O, qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyası ölkədə gimnastikanın inkişafı üzərində çox ciddi işləyir.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti