...

Azərbaycanın su polosu üzrə yığması İndoneziya yığmasını məğlub etdi (FOTO)

Cəmiyyət Materials 14 May 2017 19:23 (UTC +04:00)
Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində su polosu üzrə yarışların ikinci günü keçirilib.
Azərbaycanın su polosu üzrə yığması İndoneziya yığmasını məğlub etdi (FOTO)

Bakı. Hüseyn Vəliyev - Trend:

Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində su polosu üzrə yarışların ikinci günü keçirilib.

İlk oyunda Səudiyyə Ərəbistanı və İran yığmaları görüşüb, hesab 11-6 olmaqla İran qələbə çalıb.

Günün ikinci görüşü Azərbaycan və İndoneziya yığmaları arasında baş tutub və 9-7 hesabı ilə Azərbaycanın xeyrinə yekunlaşıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti