...

Laçın məktəbində Şərif Ağayarla “İmzalı görüş” olub (FOTO)

Cəmiyyət Materials 16 May 2017 16:07 (UTC +04:00)
Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində “İmzalı görüş” layihəsinin növbəti tədbiri Buzovna qəsəbəsində keçirilib.
Laçın məktəbində Şərif Ağayarla “İmzalı görüş” olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində “İmzalı görüş” layihəsinin növbəti tədbiri Buzovna qəsəbəsində keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, Buzovnada məskunlaşmış Laçın rayonu Quşçular kənd tam orta məktəbində təşkil edilmiş görüşdə yazıçı Şərif Ağayar öz həmvətənlilərinin qonağı olub.

Tədbiri məktəbin direktoru Sabir Mirzəyev açaraq qonaqları məktəblilərə və müəllimlərə təqdim etdikdən sonra sözü Bilik Fondunun əməkdaşına verib.

Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı “İmzalı görüş” layihəsinin mahiyyətindən danışıb və gənclərin inkişafında mütaliənin, yazarlarla ünsiyyətin önəmini vurğulayıb. R.Qurbanlı laçınlı ədəbiyyatsevərlərə Şərif Ağayarın yaradıcılığı barədə məlumat verib. Sonra yazarla oxucuların dialoqu başlayıb. Məktəblilər Şərif Ağayarın yaradıcılığından nümunələr gətiriblər. Onların müxtəlif suallarını cavablandıran yazar yeniyetmələrə və gənclərə ədəbiyyatla, mütaliə ilə bağlı məsləhətlərini verib.

Sonda məktəblilərə Şərif Ağayarın imzalı kitabları hədiyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti