...

Sabah paytaxtda küləkli, bölgələrdə yağmurlu hava olacaq

Cəmiyyət Materials 17 May 2017 12:28 (UTC +04:00)
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Sabah paytaxtda küləkli, bölgələrdə yağmurlu hava olacaq

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 12-15° isti, gündüz 20-25° isti, Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti